Bu Blogda Ara

5 Temmuz 2011 Salı

TÜRKİYƏ DƏ NƏ BAŞ VERİR??







12 iyun seçkiləri sonrası Türkiyə parlamenti Cümhuriyyət tarixinin ilk ən böyük böhranını yaşayır. Ana  müxalifət partiyası CHP –in,  MHP –in və kürd millətçi partiyası BDP –in  istintaq altında olan deputatlığa namizədlərinin seçilməsi sonrası,  Yüksək Seçim  Kurulunun Diyarbakırdan seçilən müstəqil (BDP) deputat  Hatip Diclənin deputatlığını ləğv etməsi, CHP –li Haberal və Balbayın, MHP –li Engin Alanın və digər 6 müstəqil (BDP) kürd millətçi deputatlar haqda “hələ kifayət qədər dəlillər toplanmadı” arqumentinə əsaslanaraq istintaq təcridxanasından Türkiyə  məhkəmələrinin qərarı ilə buraxılmamaqları qardaş ölkədə ciddi parlament böhranına səbəb olub.

Bəs bu böhranda hansı partiya, hansı taktikanı seçib?


MHP İstanbuldan deputat seçilən üzvü general Engin Alanın həbsdən buraxılmamağına son dərəcə sərt reaksiya versə də, CHP və BDP-dən fərqli olaraq parlament böhranına səbəb olacaq davranışlardan uzaq durdu. Bununla da bu böhranın tərəfi olmayacağını bəyan etmiş oldu. CHP 1 üzvü xaric, 134 deputatı ilə bərabər həbsdəki seçilmiş iki deputatı—Zonquldaq deputatı  Mehmet Haberal və İstanbul deputatı Mustafa Balbayın həbsdən buraxılmamasına etiraz olaraq andiçmə ritualını icra etməkdən imtina etdi. BDP isə 30 deputatı ilə birlikdə  Parlamenti boykot edərək Ankaraya belə gəlmədi.   

Böhran başladığı gündən etibarən partiyaların izlədiyi siyasətə baxsaq görərik ki,  iki partiyanın –AK Parti və BDP –in sanki,  bu böhran üçün əvvəlcədən bir neçə planı olub. Belə ki, BDP yaranmış böhranı fürsət bilərək Diyarbakır mərkəzli kürd bölgəsinin legitimləşdirilməsi yoluna girişib. 30 deputatı ilə birgə TBMM-ni boykot edərək, qrup toplantılarını Diyarbakırda keçirir və bununla da Diyarbakıra kürd bölgəsinin “Paytaxtı” görüntüsünü verməyə çalışır. BDP –in bu bölücülük taktikasının bölgə əhalisindən dəstək görmədiyini iddia etmək doğru olmazdı. Hansı ki, Diyarbakırdan seçilən kürd millətçi deputatın deputatlığı Yüksək Seçim Kurulu tərəfindən Ak Parti üzvünün xeyrinə ləğv edildikdən sonra, BDP və PKK tərəfdarları seçkidə qazandıqları qələbəni ”Kürdistan ülkemiz Diyarbakır başkentimiz” türküsü və Bərzaninin bayrağı ilə qeyd edirlər. 
Ak Parti isə yaranmış böhranla əlaqədar özünü son dərəcə arxayın və əmin aparır. Ana müxalifət partiyası CHP –in “andiçməmə” etirazına isə, “CHP diyor ki, yemin ederizki, yemin etmeğiz!! ” şəklində istehza etməklə qalmayıb, Ərdoğanın dilindən “tüpürdüklərini yalayacaqlar” şəklində təhqiramiz münasibət bildirir. Davamında isə, Türkiyə konstitusiyasının 78 və 84-cü maddəsinə istinadən 1 ay ərzində beş plenar iclasda iştirakdan imtina etdikləri halda and içməyən və boykot edənlərin deputatlığının ləğv edilib, boş deputat yerlərinə təkrar seçki təyin ediləcəyini bəyan edir. (maddə 84: Meclis çalışmalarına özürsüz veya izinsiz olarak bir ay içerisinde toplam beş birleşim günü katılmayan milletvekilinin milletvekilliğinin düşmesine, durumun Meclis Başkanlık Divanınca tespit edilmesi üzerine, Genel Kurulca üye tamsayısının salt (sadə səs çoxluğu) çoğunluğunun  oyuyla karar verilebilir.)  bu halda, qərarın qəbuluna 276 səs kifayət edir.

“ADIM-ADIM 330 VƏ 367”

CHP –nin  bu prosesi  ugurlu apara bildiyini iddia etmək doğru olmaz. Aydın görünür ki, CHP bu böhrana hazırlıksız yaxalanıb. İstər CHP –li funksionerlərin fərqli açıqlamaları olsun, istərsə də Kılıçdaroğlu ilk günlər, “arkadaşlarımız hapisten cikmazsa, yemin etmeğiz!! Gerekirse 4 yıl sürer” deyirdisə, indi artıq “arkadaşlarımızın yemin yolu açılırsa, yemin ederiz” deyir. Cıxan böhranda CHP ittihamçı rolundan cıxış etməli olduğu halda, Ak Partinin ittihamlarına cavab verməyə çalışan rolunda görünür. Açık şəkildə görünür ki, CHP “A.B.V” planlaması və qəfil hucum stratejisi olmadan “sərt döncəyə” “yüksək sürətlə” girib. Belə ki, Ərdoganın izləyəcəyi hüquqi psedura görə CHP “yeminsizlik” israrına davam edərsə, 15 iyulda CHP və BDP –nin bütün deputatları ləgv edilə bilər. Bu halda keçiriləcək seçkidə CHP  indi qazanmış oldugu yerlərdə yenidən AK Parti ilə yarışmalı və ən yaxşı halda indiki deputat sayını yenidən qazanmalıdır. Bu halda, əlavə bir neçə deputat yeri qazanmaq ehtimalı CHP –də yox, Ak Parti-dədir.
Məhz, bu, Ərdoganın “adım-adım 330 və 367” stratejisinə tam uyğundur. 
Digər tərəfdən, prezident Abdullah Gülün Bohrana müdaxilə cəhdlərinin “hər şey Ərdoğan istəyən kimi olsun” şəklində olduğunu sezməmək mümkün deyil. Belə ki, Abdullah Gülün bohranı müzakirə məqsədilə tərəfləri Köşkə dəvət addımına MHP-dən “bizi olmadığımız fotoya montaj etmək istəyir” şəklində sərt cavab gəldi.
Ardından Ərdoganın “olanlar için MHP-lə uzlaşırız” deməsi, göstərir ki, AK Parti “Devletin Zirvesini” de yanına alaraq yaranmış böhran vəziyyətində üzərinə düşən məsuliyyəti MHP ilə bölüşüb layihələşdirdiyi “adım-adım 330 və 367” projesini MHP vasitəsi ilə legitimləşdirmək niyyəti güdür.

Hiç yorum yok: