Bu Blogda Ara

3 Temmuz 2011 Pazar

Eşşəkləşmə Tendensiyası

 
Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatının son 150 illik inkişaf mərhələsinə tarixi – xronoloji və animal – humantoloji aspektdən diqqət yetirsək görərik ki, xalqımız həm kütlə halından “xalqlaşma”, həm də “xalqlaşma”dan “millətləşmə”, eləcə də son dövrlərdə sürətlənərək davam edən “toplumsallaşma” prosesinə keçid mərhələlərində  EŞŞƏK ilə altı müxtəlif müstəvidə qarşılıqlı münasibətə girir.

Bu münasibətləri təsnifatlaşdıqsaq;

1.     Münaqişəli - anlaşma və yardımlaşma
Bu mərhələdə, Xalq və Eşşək rotasiya qaydası ilə bir– birini minmə, qarşılıqlı şıllaqlatma  və  birinin digərinin yükünü çəkməsi,  əvəzində opponent tərəfindən yemlənmə kimi münasibətlərə girir.

2.     Əldə etmə və istismar
Bu hadisə cəmi bir dəfə (Xudayar adlı vicdansızla Məhəmmədhəsən adlı cahil arasında “sahib olma”  haqqının münaqişəsi formasında) baş verməklə hər iki tərəfin münasibətlərində ən utandırıcı dövr kimi xarakterizə olunur.

3.     Bərabərləşmə
Bu dövr XX əsrin 90-cı illərində eşşəklərin kütləvi şəkildə dövlətçiliyin idarə olunmasında iştirakının reallaşdığı və hətta bəzisinin ən yuxarı vəzifələrə irəli çəkilməsi dövrüdür. Onlardan biri 1996-cı ildə Lissabonun Sammit şəhərindəki kolxoz iclasında ermənilərin anasını ağlatmağımız haqda Gəncədə nitq irad etmişdir.

4.     Qiymətləndirmə
 XXI əsrin əvvəllərindən başlayan bu dövr, artıq xalqımız tərəfindən dünya eşşəklərinin analoqu olmayan inkişafa öz töhfələrini vermələrinə geniş şərait yaratmaq məqsədilə ölkəmizə  rəsmi səfərə dəvət olunduğu və bir neçə qanacaqsız tərəfindən hava limanındaca təhqirə məruz qalmaları kimi mədə bulandıran hadisə ilə xatırlanan dövrdür.

5.     Sitayiş
Bu dövr Ən Yeni Tarixi əhatə etdiyi üçün hələlik cəmi bir eşşəyə heykəl ucaldıldığı dövrdür ki, bu haqda ən tez 10 il sonra danışmaq olar.

     6. İncə
bundan əlavə Xalqın və Eşşəyin qeyd olunan bütün dövrlərdə  son dərəcə “incə” müstəvidə də mütəmadi münasibəti olmuşdur ki, hər iki tərəf bunu boynuna almaqdan imtina etdiyi üçün, biz də bu xüsuslara toxunmuruq. 
Sadəcə onu qeyd edə bilərik ki, ən sanballı analitiklər özlərinin ictimailəşdirmədikləri təhlillərində  “sitayiş” mərhələsinin reallaşması ilə ən cazibəli baxışların eşşəklərdə olması arasında assimmetrik əlaqə gördüklərini  bildirirlər.

Hiç yorum yok: