Bu Blogda Ara

3 Temmuz 2011 Pazar

Eşşəkləşmə Tendensiyası

 
Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatının son 150 illik inkişaf mərhələsinə tarixi – xronoloji və animal – humantoloji aspektdən diqqət yetirsək görərik ki, xalqımız həm kütlə halından “xalqlaşma”, həm də “xalqlaşma”dan “millətləşmə”, eləcə də son dövrlərdə sürətlənərək davam edən “toplumsallaşma” prosesinə keçid mərhələlərində  EŞŞƏK ilə altı müxtəlif müstəvidə qarşılıqlı münasibətə girir.

Bu münasibətləri təsnifatlaşdıqsaq;

1.     Münaqişəli - anlaşma və yardımlaşma
Bu mərhələdə, Xalq və Eşşək rotasiya qaydası ilə bir– birini minmə, qarşılıqlı şıllaqlatma  və  birinin digərinin yükünü çəkməsi,  əvəzində opponent tərəfindən yemlənmə kimi münasibətlərə girir.

2.     Əldə etmə və istismar
Bu hadisə cəmi bir dəfə (Xudayar adlı vicdansızla Məhəmmədhəsən adlı cahil arasında “sahib olma”  haqqının münaqişəsi formasında) baş verməklə hər iki tərəfin münasibətlərində ən utandırıcı dövr kimi xarakterizə olunur.

3.     Bərabərləşmə
Bu dövr XX əsrin 90-cı illərində eşşəklərin kütləvi şəkildə dövlətçiliyin idarə olunmasında iştirakının reallaşdığı və hətta bəzisinin ən yuxarı vəzifələrə irəli çəkilməsi dövrüdür. Onlardan biri 1996-cı ildə Lissabonun Sammit şəhərindəki kolxoz iclasında ermənilərin anasını ağlatmağımız haqda Gəncədə nitq irad etmişdir.

4.     Qiymətləndirmə
 XXI əsrin əvvəllərindən başlayan bu dövr, artıq xalqımız tərəfindən dünya eşşəklərinin analoqu olmayan inkişafa öz töhfələrini vermələrinə geniş şərait yaratmaq məqsədilə ölkəmizə  rəsmi səfərə dəvət olunduğu və bir neçə qanacaqsız tərəfindən hava limanındaca təhqirə məruz qalmaları kimi mədə bulandıran hadisə ilə xatırlanan dövrdür.

5.     Sitayiş
Bu dövr Ən Yeni Tarixi əhatə etdiyi üçün hələlik cəmi bir eşşəyə heykəl ucaldıldığı dövrdür ki, bu haqda ən tez 10 il sonra danışmaq olar.

     6. İncə
bundan əlavə Xalqın və Eşşəyin qeyd olunan bütün dövrlərdə  son dərəcə “incə” müstəvidə də mütəmadi münasibəti olmuşdur ki, hər iki tərəf bunu boynuna almaqdan imtina etdiyi üçün, biz də bu xüsuslara toxunmuruq. 
Sadəcə onu qeyd edə bilərik ki, ən sanballı analitiklər özlərinin ictimailəşdirmədikləri təhlillərində  “sitayiş” mərhələsinin reallaşması ilə ən cazibəli baxışların eşşəklərdə olması arasında assimmetrik əlaqə gördüklərini  bildirirlər.

7 Haziran 2011 Salı

Xarici Siyasətdə "U" dönüşü

Son 20 ildə, 4 iyun 1993-cü il iyun qiyamı ilə dövlət  hakimiyyətini mənimsəmiş Əliyev rejimi haqda danışan ekspertlərin, hətta ölkənin nüfuzlu siyasi liderlərinin demək olar son təsəlli arqumentləri bu idi; “Əlbəttə, rejim az qala bütün demokratik institutları məhv edib, ölkənin bütün idarəetmə sistemi korrupsiyaya bürünüb, korrupsiya hətta, dövlət idarəetməsinin mərkəzləşdirici “ideoloji” dayağına çevrilib, bütün bunlara baxmayaraq, Əliyev rejimi əsası müstəqilliyin ilk illərində qoyulmuş avrointeqrasiya istiqamətli strateji xətdən imtina etməyib, ya da imtina edə bilməyib”.
Ancaq dünyada baş verən  son hadisələrin— həm VVİKİLİKS skandalı və ərəb coğrafiyasındakı xalq inqilabları, həm də bu inqilablara beynəlxalq ictimaiyyətin demək olar ki, tərəddüdsüz dəstəyinin işığında, rejim  bu baş verənlərə münasibətdə özünün son dərəcə çılpaq, 20 illik müstəqilliyin strateji inkişaf xəttinin üstündən qalın qara xətt çəkən qəti və “inqilabi” addımını atdı: özlərini bu dünyanın kənarında görən, “heç kimə qoşulmayanlar” təşkilatına qoşuldu.
Nəzərə alsaq ki, Azərbaycan dövlətinin uzun illər qəbul edilməsi mümkün olmayan, yalnız son illərdə qəbul edildiyi elan olunan MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASININ ana xəttini avro-atlantik məkana tərəddüdsüz inteqrasiya təşkil edirdi. Artıq “qoşulduğumuz” təşkilatın prinsiplərinə görə biz hamıdan küsmüş sayılırıq və heç kimə qoşulmuruq. İlk baxışdan bu, əhəmiyyətsiz hal kimi görünə bilər.
Ancaq, həm 1918-ci ildə qurulan ilk cümhuriyyətin inkişaf istiqaməti və təməl prinsiplərinə, həm də 1991-ci ildə bərpa olunan müstəqilliyimizin DÖVLƏT MODELİ bəyanlarındakı  ilk cümhuriyyətin çağdaş dəyərlərinə sadiqlik və varislik prinsiplərinə, həmçinin dövlətin strateji inkişafında avrointeqrasiya xəttinin az qala müstəqilliyin əsas mahiyyəti kimi şərtləndirilməsinə diqqət etsək, görərik ki, rejimin sonuncu kəskin “döngə sollamasından” sonra, bu prinsip və dəyərlərə aid yalnız bir şey qalır—“ÜÇ RƏNGLİ BAYRAQ”. Amma bu da dəyər şəklində deyil, parça şəklində qalır.
indi, baxaq görək beynəlxalq hüquqa görə bu, “Neytrallıq” nədir...
“Neytrallıq” termini ilk dəfə müharibələrlə dolu 19 əsr Avropasında işlənməyə başlamışdır.
Ümumi termin kimi “Neytrallıq”  müvəqqəti və ya daimi olmaqla iki şəkildə sinifləndirilir.
Müvəqqəti “Neytrallıq”, hansısa dövlətin konkret savaş zamanı savaşan dövlətlərə qarşı neytral olacağını elan etməsi və öz iradəsinə görə bunu istədiyi vaxt dəyişdirə biləcəyi haldır. Buna misal I Dünya savaşında Hollandiyanın, II Dünya savaşında İrlandiyanın neytrallığını göstərmək olar.
Daimi “Neytrallıq” isə əsla müharibə etməmək!!!! (bəs, birdən lazım gəlsə)” baş verən hər hansı müharibənin içində olmamaq, onu müharibəyə sövq edəcək hər hansı öhdəlikləri qəbul etməmək, heç bir ölkə ilə hərbi ittifaq, hərbi məqsədli əməkdaşlıq etməmək” kimi xarakterizə olunur.
 Daimi “Neytrallıq” müvəqqəti “Neytrallıq”dan fərqli olaraq bir tərəfli bəyanatla yekunlaşmır, bu cür “Neytrallıq” beynəlxalq müqavilərlə digər dövlətlər tərəfindən təsbit olunmalıdır. Və bu  dövlət silahlanmada ciddi məhdudiyyətləri qəbul etməlidir.
Əgər Azərbaycan daimi “Neytrallıq” sisteminə daxil olursa. ki artıq olub, o zaman İlham Əliyev:
 1. bizim hərbi xərclərimiz filankəsin dövlət büdcəsindən çoxdu......
2. hərbi sənaye kompleksimiz.......
3. regionun lider dövləti.....
4. lazım gələrsə, hərbi əməliyyatlara başlayarıq......
5. qüdrətli ordu.......
Kimi cümlələri yığışdırmalı, ilk növbədə “lazımın” bizim ölkəyə heç vaxt gəlməyəcəyinə dair beynəlxalq öhdəlik götürməlidir.
Daha sonra da:
1.      hazırkı hərbi potensialı dərhal “Neytrallıq” limitinin altına salmalıdır.
2.      beynəlxalq terrorizmlə mübarizədə iştirak etməklə fəxr etməyi dayandırıb xəcalət çəkməlidir. (hər hansı hərbi əməkdaşlıq olmamalıdır)
3.      2010 - cu ilin sentyabrında Ankara da Türkiyə ilə 20 ilin başında imzalanmış “Ali Hərbi Əməkdaşlıq Şurası” adlı müqaviləni ləğv etməlidir.
4.      “dost” ölkələrlə imzalanmış iqtisadi əməkdaşlıq istisna olmaqla, bütün müqavilələri dayandırmalıdır.
5.      konstitusiyanın 101-ci maddəsinin V bəndi (2009-da yazılan)” Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.” Və 109-cu maddənin 30-cu bəndi,  Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır bəndələri çıxarılmalıdır. Biz daha müharibə etməyəcəyik. NEYTRALLIĞIN əsla müharibə etməmək!!!  prinsipi müqəddəsdir.
Yəni, Azərbaycan dövləti strateji baxımdan “ORİYENTASİYASIZ” olmalıdır. 

Azərbaycan Almaniyanın ev sahibliyi etdiyi avrovizion 2011-in qalibi oldu, çox gözəl. Və məlum olduğu kimi avrovizion 2012 Bakıda keçiriləcək. Hörmətli dövlət başçısı da bu tədbirin təşkili məqsədilə bir komissiya yaradıb – tərkibi nazirlərdən ibarət. Siyahıya baxaq:

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - xarici işlər naziri
Ramil Usubov - daxili işlər naziri
Şahin Mustafayev - iqtisadi inkişaf naziri
Əbülfəz Qarayev - mədəniyyət və turizm naziri
Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov - Gənclər və idman naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev - “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri
İsmayıl Ömərov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
Əli Əsədov - Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə  - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri

Və komissiyanın sədri Mehriban Əliyeva, deputat, Dövlət başçısının xanımı.
Komissiyada 4 nazir üzv var, amma komissiya sədri baş nazir deyil.  Tərkibinə baxanda məlum olur ki, bu xüsusi dövlət əhəmiyyətli komissiyadır. Bəs niyə belə bir komissiyanın sədri Baş Nazir, yaxud heç olmasa nazirlərdən biri yox, bir deputatdır? Halbuki,  dəfn komissiyalarına belə, ölkənin I,II,III şəxslərindən biri rəhbərlik edir. Ona görə yox ki, bu çox vacib məsələdir, ona qalsa belə məsələləri bir molla özü təkbaşına yola verir. Ona görə ki, üzvləri nazirlərdən ibarət olan komissiyaya ən yüksək üç rəhbərdən biri sədrlik edir. Bu bir dövlət protokoludur.
Biz bu hadisəni təsadüfən “dəfn” məsələsi ilə müqayisə etmirik, İlham Əliyev bu tərkibdə bir komissiyaya xanımını rəhbər təyin etməklə dövlət protokolunu dəfn etdiyini xatırladırıq. 
Bu tərkibdə komissiyaya Mehriban Əliyevanı təyin etməklə ölkənin birinci xanımının həm də ölkənin ikinci şəxsi olduğu faktını öz qərarı ilə təsdiq: Kral birinci şəxsdir, kraliça da ikinci!
Dünyanın bir tərs xasiyyəti var ki, hansısa sülaləni kraliyət kimi qəbul etmir; məsələn, ölkəmizdə səfərdə olan Norveç Şahzadəsi, əslində İsveçin kral ailəsinə mənsubdur. Norveç dövləti qurulanda, öz kralları olmadığına görə (şəcərə məsələsi vacibdir.)qonşudan kral ixrac eləməli oldular...
 qı....

3 Mayıs 2011 Salı

BİN LADEN ÖLDÜ. HÜZR SAHİBİ KİMDİR? BAŞ SAĞLIĞINI KİMƏ VERƏK???


Ağac hanı? Balta kəsdi. Balta hanı? Suya düşdü. Su  hanı? Inək içdi. Inək hanı? Dağa qaçdı. Bəs dağ hanı? Yandı, kül oldu. Istəyirsən inan, istəyirsən inanma!!

Əl-Qaidə ideolojisi, fəlsəfəsi və bunları mohkəmləndirən uğurları olan terror təşkilatıdır. Əl- Qaidəyə görə onlar islamın düşməni SSRİ-yə qalib gəliblər və indi növbə Amerikanındır- ona da qalib gələcəyinə  terror tərəfdarlarını inandırmaq üçün 11 sentyabr teror aktı, xüsusi teqdimata ehtiyacı olmadan kifayət edir.
 Bin Laden olənə kimi.

DÜNYANIN YERDƏ QALAN HİSSƏSİNİN KABUSU-KOMMUNİZM

Laden Soyuq Muharibənin “şanlı tarixi” hesab olunan Əfqanıstan muharibəsində dünyanın kabusuna- SSRİ-yə qarşı İslamı cihad muharibəsi aparmaq və SSRİ-yə Vyetnamı yaşatmaq üçün yetişdirilmişdi. (deməli, Əl-Qaidəni SSRİ yaradıb:)))) Bəli, SSRİ-nin Əfqanıstan məğlubiyyətinin qalibi Əl-Qaidədir.  Laden SSRİ-yə qarşı bu uğurlu mubarizəni ABŞ-ın silah, Səudiyyənin maliyyə, Pakistanın kəşfiyyat dəstəyilə aparırdı. Yəni, bu meqa terror təşkilatı bu üç olkənin ortaq layihəsidir. (Əl-Qaidə daha sonra elan olunsa da, biz hesab edek Laden=Əl-Qaidə)
Dünyanın iki fovqəlgücündən birini- SSRİ-ni məglub edən Əl-Qaidə özünü dünyanın xilaskarı (super gücü) elan etməkdə haqlı deyilmi? Axı, dünənə qədər dunyanın cəmi iki xilaskar-kabusu (fovqəlgücü) vardı: ABŞ və SSRİ. SSRİ yoxdur, bəs kabus kim olmalıdır?! Əlbəttə, ABŞ!!. Elə bu vaxt Sem dayı dedi; ulan ayvayi yedik!! Yəni, Əl-Qaidə -- Bin  Laden ABŞ-in özününküdür deyənlər 1990-a qədər haqlı idilər, amma ondan sonra Bin Ladenə ABŞ-ın adamı deyənlər, hesab etsinlər ki, Heydər Əliyevə Elçibəyin adamı deyirlər. Dəxli olmasa da deyək: Heydər Əliyevi “yola verərik” düşüncəsi ilə Bakıya çağıranlar da “Gəncə paxlavasının” üstündən eyni “HEYVA”dan düt deyincə yedilər. 

USAMA BİN LADENİN "CAVANLIĞI"
40 İL ƏVVƏL.....


Hə,...bu da dünyanın the first terroristi (first ledi ilə səhv salmaq olmaz) Bin Ladenin həyatı.....na bir qoz..... 

…1957-də Səudiyyədə, Yəmən əsilli ailənin 17-ci övladı olaraq doğuldu. Bin Ladeni
cox sevən  atası, (İLHAMlanaraq), yüksək əzmkarlıqla daha 35 övladının təməlinə imza ataraq, göbəklərini(lentləri özü kəsirdi) mamaçalara kəsdirdi…
1968-də Ladenin və digər 56 övladın atası Məmməd kişi 11 milyard dollar sərvətini övladlarına miras buraxıb bir qəzada..sizlərə ömür. (qəzanı ABŞ-n törətdiyi heç kimin ağlına gəlməyib… hələ də gəlmir))
Əlqərəz.. Bin Laden kral ailəsi ilə bərabər yedi-içdi, kef çəkdi, Hikmət Hacizadə ilə Şıxovda gitara çaldı. Sonra dedi: bu nə həyatdı, alə, vuruşmaq lazimdi!! Bunu eşidən Brejnev 26 dekabr 1979-da Əfqanıstana hucum elədi, Vəfa Quluzadə ilə Ladenə xəbər göndərdi ki, kişisənsə gəl!! o da gəldi…
Bəli, Səudiyyənin Kəşfiyyat şefi prens Turki bin Faysal (bıy, bu da Türk cixdi ki) dostu-qardaşı Ladeni çağırıb dedi ki, Brejnevin qızıl ordusu bir həftədir Əfqanıstanda səni gözləyir, yaxşı deyil, söz vermisən gərək gedəsən Peşavər şəhərinə.
Nə isə… Bin Laden ABŞ, Səudiyyə və Pakistan tərəfindən təşkil olunan və Pakistan Gizli Servisi İSİ tərəfindən idarə olunan düşərgədə Səudiyyədən gələn amerikan dollarlarının xərclənməsinə nəzarətlə ilk işinə başladı. Daha sonralar 2 il ön xəttə ruslara qarşı şəxsən savaşdı və Cəlilabad döyüşlərində yaralandı.
O vaxtlar Bin Laden və döyüşçülərinə yalniz ruslar terrorist deyirdi. Qərb mətbuatına görə isə onlar “AZADLIQ AŞİQLƏRİ” idilər.  Qərbi qınamağın yeri yoxdu. Nə deyəydilər?? “terroristlər kommunizm kabusuna qarşı vuruşurlar”mı desəydilər?!
1986-da öz düşərgəsini quran Bin Laden cəbhədə gostərdiyi qəhrəmanlıqların və böyuk sərvətinin hesabına əfsanələşməyə başladı.  1988-də Səudiyyəyə qəhraman kimi qayıtdı…
 Və Əl-Qaidəni qurduğunu élan etdi. Tez-tez cihad élan edən Bin Laden Səudiyyə Kralının qəzəbinə gəldi. 1989-da olkədən qovuldu.
DANANIN QUYRUĞUNUN QOPDUĞU AN-BİRİNCİ KORFƏZ SAVAŞI
1990-nın iyununda Səddam Küveyti işğal edincə, Laden kral Fəhddən Səudiyyə sərhədlərinin muhafizəsinin ona verilməsini istədi. Kralın amerikan əsgərlərini çağırmasına hiddətlənən Usama əvvəl Pakistana, ordan da Əfqanıstana getdi. Sonunda Sudanda yaşamağa qərar verdi.  SSRİ-yə qarşı vuruşan və Soyuq Savaş bitincə “ödənişsiz təqaüdə” gondərilən minlərlə mücahidi Sudan və Yəmənə yerləşdirdi. Sudan çöllərində ABŞ-a qarşı savaş planlarını hazırlamağa başladı. 
ABŞ-a qarşı ilk cəbhəni 1994-də Somali də açdı.
1998-də Londonda Ərəbcə nəşr olunan Əl-Küds qəzetində Bin Laden,  Ayman Əl Zəvahiri, İslami cihadin lideri Əbu Yasir Əhməd Taha, Cemiyet-ül Ülamanin lideri Şeyx Həmzə, Banqladeş Cihad hərəkatı lideri Fəzlül Rəhmanın, Dünya İslam Cəbhəsi adı altında yazdıqları fətfaları cap olundu. Fətfada “Əl-Aksa camisini və Məkkəni işğaldan qurtarmaq və işğalçı orduları islam torpaqlarından qovmaq üçün istər mülki, istər əskər olsun-bütün amerikalıları öldürmək hər müsəlman üçün fərzdir” yazılırdı.
USAMA BIN LADENIN “HƏYATI”
Dekabr 1992: Yəməndə ABŞ əskərlərinin qaldığı otel bombalandı.
1993: Somalidə 18 amerikan əskəri öldürüldü, Nyu Yorkda Dünya Ticarət mərkəzi bombalandı.
Yanvar 1995: Flippində Papaya sui-qəsd.
Iyun 1995: Efiyopada Mubarəkə qəsd.
Noyabr 1995: Riayadda bombalama, 5 amerkan əskəri öldü, Pakistanda Misir səfirliyi bombalandı, 17 ölü.
Iyun 1996: Səduyyə, Horab şəhəri , patlamada 19 amerikan əskəri öldü.
7 avqust 1998: ABŞ-ın Keniya və Tanzaniya səfirliyi havaya uçuruldu. 250 ölü, 5500 yaralı.
20 avqust 1998: ABŞ Bin Ladenin yaxalanması üçün 5 milyon dollar mukafat elan edildi.
Və 11 sentyabr 2001:
Və 2 may 2011.
……..İts will be continuation
əlhəmdüllah, ardı olacaq ))))