Bu Blogda Ara

11 Şubat 2016 Perşembe

Dərc olunub 16 noyabr 2015/ Meydan TV - Müəllif Elman Fəttah

Dini, yoxsa dini görünüşlü terror?

Dini motivli terrorun tarixi çox qədimlərə dayanır. Bilinən ən qədim terror hərakatlarından olan "Sicarii" Orta Şərqdə, bu günki İsraildə ortaya çıxıb. I əsrin 60-70-ci illərində bəzi radikal din adamlarının indiki Fələstində qurduğu , son dərəcə yaxşı təşkilatlanmış dini məzhəb olan "Sicarii" düşmənlərinə gündüz və xüsusən də tətil günləri Qüdsdə izdiham anında basqın edirdi. Silahları isə "siçan" deyilən və libaslarının içində gizlətdikləri kiçik bir qılıncdı. Başlıca fəaliyyətləri isə, Herodian rahiblərinin monastırlarını məhv etmək, borcların geri alınmasının qarşısını almaq üçün faizçilərin (kim istəsə bunu da ədalət uğrunda cihad adlandıra bilər. E.F.) sənədlərini və dövlətin arxivlərini məhv etmək, buğda ambarlarını yandırmaq və Qüdsün su kanallarını məhv etmək olub.
Terror sözünə Fransız İnqilabı tarixində də rast gəlirik. Fransız İnqilabının ilk illərində hüdudsuz qanunverici səlahiyyətlərə sahib Convention (Convention nationale), ölkənin xarici güclər tərəfindən işğal edilməsinə duyduqları narahatlığa görə və daxildəki vətəndaş narahatlığının inqilaba zərər verə biləcəyini düşündükləri üçün fövqəladə tədbirlər görməyə qərar verirlər. Bu məqsədlə ictimai təhlükəsizlikdən məsul Komitəni (Comité də salut public) az qala diktatorluğa çatan səlahiyyətlərlə təchiz edirlər. 5 Sentyabr 1793 də Convention bir bəyanat ilə inqilab əleyhdarlarına qarşı Terroru (la Terreur) elan edir: "Sui-qəsdçiləri dəhşətə salmanın zamanı gəldi. Hüquq adamları, Terroru başladın." Cəmiyyət təhlükəsizliyindən məsul komitənin başındakı Maximilien Robespierre Terrorun alovlu müdafiəçisi kimi bir il sonra, 28 İyul 1794 də despotluq günahından edam edilənə qədər minlərlə adamın edamına rəhbərlik edib.
Bunu xatırlatmaqda məqsədim odur ki, kimlərsə müsəlman olmayanlara qarşı törədilən terror aktlarını müdafiə edərkən bu faktlardan arqument düzəltməsin. Bunu hamı bilir və lənətləyir. “Xaç yürüşləri” nə dərəcədə insanlıq faciəsi idisə, onun əksi də o dərəcə də insanlıq faciəsidir. Keçmişdə qərblilərin özlərinə qarşı törətdikləri hansı həddə barbarlıq idisə, indi müsəlmanların özlərinə qarşı törətdikləri də eyni barbarlıqdır. Çağdaş cəmiyyətlərin keçmişdə qalan vəhşilikləri sizin bu günkü vəhşiliyinzə haqq qazandırmır, əksinə sizi lənətlədiyiniz o keçmişlə eyniləşdirir.
Terror nədir?
• Terror, ya da terrorizm, siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədiylə vətəndaşlara; rəsmi, yerli və ümumi rəhbərliklərə istiqamətli təzyiq, qorxutma və hər cür şiddət ehtiva edən yolun istifadəsidir. Terror tətbiq edən terror təşkilatı; terror tətbiq edən şəxslərə isə terrorçu deyilir. Terror sözü Latın mənşəlidir. Mənası "qorxudan titrəmə" və ya "titrəməyə səbəb olma" dır. Fransız lüğətində terror "Bir cəmiyyətdə bir qrupun xalqın müqavimətini qırmaq üçün yaratdığı ortaq qorxu" kimi izah edilir.
• Dini terrorizm, özünə dini inancları zəmin aldığını iddia edərək dünyada edilən hər cür fitnə-fəsad hərəkətlərinin ümumi adıdır. Krallıqların çöküşü və milliyətçiliyin yüksəlişinə şahidlik edən müasir dövrdə, terrorizm daha çox anarxizm və nihilizm ilə inqilabçı düşüncələrə əsaslanıb. Ancaq din qaynaqlı terror aktları 1980-ci ildən sonra demək olar ki, birinci sıraya çıxıb.
Terror siyasi həyat, iqtisadi sistem, sosial, mədəni və etnik quruluş və insan hüquqları kimi mövzularda problemlərin ortaya çıxmasına yol açan əhəmiyyətli bir faktor, ya da onsuz da bu problemlər varsa bunların həll olunmasının önündəki ən böyük maneədir. "Dini motivli terror" isə son illərdə bir çox ölkədə ciddi problemə çevrilib.
Din ilə terror arasında əlaqənin olub olmadığı mübahisəsi tarixən davamlı olub və hələ də davam edir. Mübahisənin “kimlərin qələbəsi ilə” başa çatacağı məlum olmasa da, mübahisə tərəflərinin istifadə etdiyi iki anlayış,"Dini terror" və "Dini motivli terror" anlayışları terror literaturunda öz yerini möhkəmləndirib. Din, ya da inanca mənsub cəmiyyətlərdə Yəhudilik, Xristianlıq və İslam dini adına terror hərəkətlərinin baş verməsinə tarix boyunca rast gəlinib və hələ də nümunələri artaraq davam edir.
"Din" və "terror" anlayışlarının bir arada tələffüz edilməsi və edilən hərəkətlərin xüsusiyyəti "dinin terroru bəslədiyi" şəklindəki qənaətləri gücləndirsə də, bunun "bəsləmək" ya da "dəstəkləmək" dən daha çox "bəsləyən kimi görünmək" şəklində başa düşülməsi daha doğru olacağı fikirləri də va. Gəlin, o fikirlərə də diqqət edək. Qısacası, dini motivli terrorun dinin terroru dəstəkləməsi və ya bəsləməsindən daha çox, bir dinə mənsub adam və ya qrupların etdikləri zülmə legitimlik qazandırmaq üçün dini istifadə etmələrinin bir nəticəsi olaraq ortaya çıxması yanaşması, inanclı insanların terroru özlərindən kənar tutmalarının bir təzahürü kimi ən azından süngü ilə qarşılanmamalı gerçəklikdir.
Çünki ümumi qəbul edilən yanaşma, dinlərin cəmiyyətdə terror mühitinin meydana gəlməsinə dəstək verməsi yox, inanclı şəxslərin etiqadını dinc şəkildə ifadə etməsi yanaşmasıdır. Dolasıyla "dini terror" yerinə "dini motivli terror "demək daha doğru olacaq. Mübahisəni terroru "dinin motivasiya etdiyi" (Religiously motivated) müstəvidə deyil, "dini görünüşlü (religiously appeared) terror” müstəvisində etmək daha uyğun yanaşma olar. Bəlkə hər iki mənanı da ehtiva etməsi məqsədiylə "dindən bəslənmiş kimi görünən terror" şəklində də terminləşdirmək olar.
Məncə, əsas məqsəd "dini motivli terror" anlayışınının, yazılışının doğru olub- olmadığından tutmuş, nə ifadə etdiyi və nəyi əhatə etdiyinə qədər müxtəlif aspektləri müzakirə etmək olmalıdır. Bu məqsədlə, əvvəl ümumi olaraq terror və din anlayışları ilə din-terror əlaqəsi qısaca açıqlandıqdan sonra "dini motivli terror" anlayışı, mənası, xüsusiyyəti və əhəmiyyəti baxımından dəyərləndirilməlidir.
Yuxarıda da qeyd edildiyi kimi ümumi olaraq terror, dəyişdirməyə, yıxmağa, yox etməyə, qorxu salmağa və təhdid etməyə istiqamətli silahlı şiddət hərəkəti olaraq hər kəs tərəfindən hiddətlə qarşınan insanlıq əlehinə cinayət hadisəsidir. Terrorizm kütlələrin ideoloji olaraq həddindən artıq dərəcədə cəbhələşməsinin, ortaya çıxan ağır iqtisadi problemlərin və daha da əhəmiyyətlisi cəmiyyətlərin etnik və dini baxımdan fərqliliklərinin yol açdığı siyasi səbəblərdən qaynaqlanır.
Dinin terrora qarşı olduğunu, “Din və Terror”un birlikdə tələffüz edilməməsi lazım olan iki anlayış olduğunu müdafiə edən yanaşma hər nə qədər diqqətəlayiq olsa da, hətta bu ümumi görüşə qatılanların belə qəbul etdiyi, amma kimsənin arzu etmədiyi şey, özlərini dindar olaraq təqdim edən fərdlərin və ya qrupların "din adına" terrorist hərəkətlər törətməsidir. Hətta bəzən diqqət çəkəcək şəkildə "qarışmış olmaq"dan kənar, çox ciddi ölçülərdə irəli gedildiyi də bir gerçəkdir.
M. Qandinin dediyi kimi "tarixdə ən nifrət dolu və qəddar cinayətlər din adına edilmişdir". Bu da haqlı olaraq "dinin terroru bəslədiyi" şəklində qiymətləndirilmələrə əsaslar yaratmaqdadır. Din və onun meydana gətirdiyi təşkilatlar, insanları birləşdirmə rolu oynamalarına baxmayaraq, bəzən və daha kəskin formada coğrafi, kulturoloji və təfəkkür müstəvisində “negative differences”i (zərərli fərqlilik) təşfiq edən işlərlə də qarşımıza çıxır.
Bu zərərli fərqlilik həyatın hər yanında özünü hiss etdirir. İqtisadi baxımdan, məsələn eyni dinə inananların alacaqları əşyada dindaş olan satıcını seçir. Qonşuluq, yoldaşlıq və s. ictimai əlaqələrdə də insanların mənsub olduqları din, ya da dini camaat təyinedici olmaqda, o birinə qarşı bir cəbhə meydana gətirməkdədir. İçərisində birdən çox dinin yaşandığı cəmiyyətlərdə hər bir din, öz mənsubları arasında əhəmiyyətli bir qaynaşma vasitəsi olarkən, digər dinə, məzhəbə, ya da dini camaata mənsublara qarşı bir cəbhələşməni də özü ilə bərabər daşıyır.
Dinlərin tarixin və coğrafiyanın müəyyən seqmentlərində insanlar üçün dinclik və sabitlik səbəbi olduğu bilinərkən, başqa seqmentlərdə nifaq, fitnə və zülm şəklində ortaya çıxmasını necə inkar etmək olar? Bu vəziyyətdə problem kimi din ilə o dinin mənsublarının din anlayışlarının bir-birindən fərqliliyimi gündəmə gəlməlidir? “Bu əsl din deyil” yanaşması bu suala cavab verirmi?.
Dinin təklifinin nə olduğu qədər insanların bunları necə anladığı, necə qəbul etdiyi və necə tətbiq etdiyi də, əlbəttə, əhəmiyyətlidir. Hər halda, din mənsublarının öz dinləri ətrafında belə, vahid olmadıqları, fərqli qrup və məzhəblərə bölünmələri, din ilə ona tabe olanların sinxron olmadıqlarını ortaya qoyur. Hətta bu vəziyyətdə din, başqa dindən olanlar qədər özünə iman gətirənlər üçün də bir nifaq və qarşıdurma səbəbi olaraq qarşımıza çıxır. Oxşar dinə mənsub insanlar arasında tarixdə cərəyan edən qarşıdurmalar bunun ən konkret nümunələridir.
İstər kobud güc ehtiva edən fizioloji, istər otoriteryan, istərsə psixoloji-- şəkli və quruluşu nə olursa olsun - hər şiddət hərəkəti özünü mütləq bir mətnə dayandırır. Bu mətnin qaynağı; dini bir inanış, bir kult, ritual və ya bir müqəddəs kitab ola biləcəyi kimi siyasi və ya ideoloji bir bildiriş, bir ifadə, bir manifest ya da hər hansı bir arqument də ola bilər. Şiddətə müraciət edənlər, şiddət ehtiva edən rəftar və davranışlarını legitimləştirmək üçün bir dayanağa ehtiyac duyarlar. Rafa-əl Mosesin ifadəsiylə, " insanlar, planlanmış bir şiddət hərəkətini haqlı görməyə çalışaraq, vicdanlarını rahatlaşdırmaq məcburiyyətindədirlər."
Məhz bu nöqtədə, şiddət hərəkətinin əvvəlində, ya da sonrasında bu hərəkətin qanuni zəminini təmin edən bir mətn yaratmaq zərurəti qaçınılmaz olur. Bu mətnin meydana gəlməsində isə, müxtəlif sosial-iqtisadi, tarixi və ya mədəni reallıqlarla birlikdə dini arqumentlər dövrəyə girir. Beləliklə, terrora legitimlik qazandıran bu mətn edilən hərəkəti teroristin zehinində haqlı və lazımlı müqəddəs bir mənaya çevirir. Bu məzmunda adam, ətrafı üçün də, etdiyi hərəkətin haqlılığı və lazımlılığını əsaslandıran tezislərdən ibarət mətn təqdim edir.
Sosioloji tərəfindən yanaşıldığında, din ilə terror arasında birbaşa əlaqənin olub olmaması müzakirəsində Durkheimin fikirləri yada düşür. Durkheimin ümumi din nəzəriyyəsinə görə “Din ona iman gətirənlər birliyinin praktik həyatının əsasıdır. Din, məhz ona inanan cəmiyyətin müqəddəsləştirməsidir. Bu mənada din adına döyüşmək və şəhid olmaq müqəddəs vəzifələr olaraq ön plana çıxır” . Əslində, bənzər vəziyyətlər Yapon samuray mədəniyyətində də, Buddizmdə də vardır.
Bəlkə bu vəziyyət, dinlərdən çox, insanların problemidir?! Axı heç bir din şiddət və terroru birbaşa dəstəkləmir. Ancaq, digər tərəfdən hər dində var olan "şəhidlik" və "cihad" kimi insanın "özünü fəda etməsi" olaraq şərh olunan bəzi elementlər, dinin şiddətlə birlikdə xatırlanmasına əsaslı zəmin yaratmaqla problemin insandamı, yoxsa dindəmi olduğu tərəddüdündə “problemdə dinin heç bir rolu yoxdur” fikrini deməyin mümkünsüzlüyünü göstərir.
Günümüz dünyasında Şərqi Timorun Katolik adalıları ilə, İndoneziyalı müsəlmanlar bir-birlərini öldürürlər. Sudanda müsəlmanlar ilə güneyli xristianlar arasındakı bitməyən müharibə insanlıq tarixinin ən utanc verici qıtlığına gətirib çıxarmışdır. Əlcəzairdə radikal dindarlar terror əsdirir. Hindistanın Pəncab bölgəsindəki “Siqh” xadimləri “Saflıq Diyarı” adında bir utopik yer yaratmaq adına hindliləri yandırmaqdadır. Ruanda və Burundidə Tutsilər (Uzunlar) və Hutular (Qısalar) illərdir bir-birlərini qətl etməkdədir. Avropanın ortasında Bosniya Herseqovinada bir etnik təmizlik yaşanmışdır.
İsraildə müsəlmanlarla yəhudilərin qırğını illərdir davam edir. Şimali İrlandiyada katolik və protestant xristianlar illərdir bir-birlərini qırır. Türkiyədə əvvəllər yalnız PKK və "sol devrimci" terror hadisələri duyulurdusa, daha sonra Hizbullah terroru, indi də yeni əlavə olunan İŞİD terroru cəmiyyəti dəhşətə salmışdır. Böyüyərək cografiyasına sığmayan İŞİD artıq Avropanın mərkəzində Parisdə teraktlar törədir. Hindistanlı hindilərlə Pakistanlı müsəlmanlar “lazım gələrsə” söylədiklərinin sübutu uğruna qarşı tərəfə nüvə bombası atacaq qədər bir-birlərinə nifrət edir. Bütün bu hadisələr ona görə rellaşır ki, hər iki düşmən tərəf qarşılıqlı olaraq, məhz Tanrının belə istədiyindən əmindirlər.
Hal-hazırda işlənən cinayətlərin çoxunun etnik və mədəni faktorlardan qaynaqlanmasına baxmayaraq, altda yatan əsas səbəb fərqli kimlik daşıyan insanları düşmən olaraq qəbul edən və öz tərəfdarlarına vahid bir kimlik geyindirən inancdır. Hər inanc təməldə etnosentrik bir xarakter kəsb etdiyi, yəni ən doğru və ən mükəmməli təmsil etdiyi iddiasında olduğu üçün, "ondan olmayan"ı az və ya çox miaqdarda ikrah hissi ilə qarşılayır. "Mənsub olunan qrupun üstünlüyünə inanma" mənasını daşıyan etnosentrizm, əslində az və ya çox hər insanda var.
Ancaq bunun sıxlığı və şiddəti artınca fərdlər öz qruplarına ilahi bir müqəddəslik kimi yanaşar, digərlərinə qarşı da mənfi hisslər bəsləməyə başlayar. Bu vəziyyətin əsas səbəblərindən biri də, insanların ümumiyyətlə öz dinlərini mübahisəsiz qəbul etmələri, həqiqəti anlama və ona çatmaqda, dini inanclarından bir az güzəştə getdikləri anda varlıq səbəblərini itirəcəkləri qorxusuna qapılmalarıdır. Fərdlərin dini inanclarla bağlı məsələlərdə qarşısındakının haqlı olduğunu etiraf etmələri son dərəcə çətindir. Çünki belə bir etiraf bir sonrakı mərhələdə "elə isə nə üçün bu etirafın gərəyini yapmırsan?" şəklində ikinci sualı doğuracaq.
Dini mənsubiyyətinə az və ya çox bağlı olan bir adamın bunu qəbul etməsi demək olar ki, qeyri-mümkündür. Watt'ın da ifadə etdiyi kimi "heç kim, ən azından həqiqətin özünü təmsil etdiyinə inanmadığı bir dini qrupa asan-asan bağlanmaz ". Bu səbəbdən də "ondan olmayan" kimi təsnif etdikləri xarici dini qruplarla uzlaşan deyil, ayrılan istiqamətlərə diqqət çəkən hər dini qrup, özünün həm ən doğru, həm də ən fərqli olduğu iddiasını davamlı canlı tutmaq məcburiyyətindədir.
Bu da o birinin mənfi, hətta aşağılayıcı sifətlərlə qiymətləndirilməsinə yol açmaqdadır. Bu çərçivədəki inancın fanatizmə yuvarlanması qaçılmaz olunca, fanatikləşmiş fərdin də müqəddəsliyə qovuşmaq yolunda düşməni məhv etmək adına özünü fəda etməsi (terorist olması) günümüzün artan terrorizminin tükənməyən mənbəyinə çevrilir.
Din-terror ilişgisi ilə əlaqədar izahını verməyə cəhd etdiyimiz bu proseslər zamanla dinlər arasındakı kin və nifrəti alovlandıraraq “dini terror”, ya da "dini motivli terror "anlayışını ortaya çıxarmışdır.
Yuxarıda bir neçə dəfə vurğulandığı kimi ədəbiyyatda "din terroru", "dini terror", "Dini motivli terror" kimi anlayışlar istifadə olunur. Bir dini ənənə içərisində həddindən artıq uclarda yer alan marginal düşüncələr və ya inanc sistemlərinin bəzi davranışları, xüsusilə də təcavüzkarlığı müqəddəs hesab etməsi və ucaltması vəziyyətində ortaya çıxan terror hərəkətlərini izah etmək üçün bu anlayışlardan biri istifadə edilir.
Gəlin, biz də "dini motivli terror" anlayışını istifadə etməyi seçək və bunu da "dinin motivasiya etdiyi (religiously motivated)" mənasındamı, yoxsa "Dini görünüşlü (religiously appeared)" mənasındamı istifadə etməyi dartışaq. Bu, dinin terroru bəsləməsindən daha çox bəsləyən kimi göründüyü fikrinə üstünlük verməyi ehtiva edəcək. Şərtlər nə olursa-olsun, demokratiyanın əlifbası olan inanca sayğı prinsipini kənara qoymağa heç bir şeylə haqq qazandırıla bilməz.
Ancaq nə qədər ki, dini motivli terrorun səbəbləri olan İran, Misir və Səudiyyə Ərəbistanı mərkəzli radikal fikir axınları, müsəlmanlığın tək ümmət olduğu düşüncəsi, İslamın bu gün parçalanmış halda olduğuna inanma və bütününü təkrar meydana gətirmə, yəni Xilafəti qurma fikri, müsəlman cəmiyyətlərdəki qarşıdurmalar, İsrail-Fələstin problemi, İran İslam inqilabının əxz olunması kimi hədəflər ortada qalır, “Dini terror” termini “Dini görünüşlü” terror terminindən daha çox istifadə olunacaq.
P.S. Terrorizmin media olmadan yaşaya bilməyəcəyi aksiomdur. Terrorizm müasir dövrün əsas faktırı olması da daha çox bu vəziyyət ilə əlaqəlidir. Terror təşkilatları media sayəsində öz dəhşətlərini yaymaqla hədəflərinə çatırlar. Bu baxımdan terror baş verdiyində özü istəmədən terrorizmin ruporuna çevrilən mediada, çox sayda terrorun məqsədinə xidmət etməyən yazıların yazılmasına ehtiyac var.Terrorun nə qədər dəhşətli bir bəla olduğu hər halda hər kəsə aydındır. Terror qəzəbin nəticəsi ola bilməz. Terror qisasın da nəticəsi ola bilməz. Terror bütün insanlığa nifrətin nəticəsidir.

Dərc olunub 22 sentyabr 2015/ Meydan TV - Müəllif Elman Fəttah


Balanslı xarici siyasətdən diplomatık konfrantasiyaya


Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə  qərar verib
Əliyevlər rejiminin 1995-ci ildən etibarən çox ciddi xarici siyasi dəstəyə malik olduğunu heç bir ciddi analitik inkar etməyib. Hələ Heydər Əliyev sağ ikən xarici siyasət haqda nitqinin bütün ağırlığını,  rejimin bütün təbliğat ruporunu,  hətta “zəhmətkeş” məktublarının mətnini “balanslı xarici siyasət” və “sabitlik” cümləsi üzərində qururdu.
Xatırlayanların yaxşı yadındadır ki, mərhum Əliyevin bütün avropalı qonaqlarla keçirdiyi görüşlərin mətbuata açıq hissəsi ilk cümlə siyasi sabitlik olmaqla, əsasən hüquqi, dünyəvi dövlət, demokratiya, mətbuat azadlığı, senzuranın ləğvi, Azərbaycanın Avropaya inteqrasiya arzusu, sahib olduğu bütün enerji resurslarının qərbə nəqli kimi ifadələrlə zəngin olardı. Əliyevin Rusiya və İranla görüşləri isə az qala diplomatik protokoldan uzaq, keçmişdə olan şəxsi dostluq münasibətlərinin xatırlanması fonunda deyib - gülmək şəraitində keçərdi. Rusiyalı qonaqlarla KQB və POLİTBÜRO dövrü xatırlanar, iranlı qonaqla isə 1991-1992-ci il Naxçıvan dövründə formalaşmağa başlayan “şəxsi qardaşlıq”  münasibətlərinin səmimiliyindən ağızdolusu danışılardı. Yalnız türkiyəli qonaqlar, Dəmirəl istisna olmaqla, qısa məzəmmət olunar, dərhal da Bakı- Ceyhan  layihəsi mövzusu ətrafında yalançı “iki dövlət, bir millət” şüarı səsləndirilərdi. Və ilk baxışdan bəsit görünən bu “diplomatiya” əslində, rejimin təqdimatındakı “balanslı xarici siyasət” idi.
 Ciddi analitiklərə  yaxşı məlum idi ki, uğurlu görünən bu xarici siyasət hansısa fenomenal diplomatik dühanın analoqu olmayan siyasi kursu yox, geostrateji və enerji maraqları təmin olunan ölkələrin acıq, amma sonsuz olmayan xarici dəstəyinin təzahürü idi.
Bu, “balanslı xarici siyasət” nağılı rejimi o qədər məst etmişdi ki, ikinci Əliyev dövrünə də “uğurlu siyasi kursun” sədaqətlə davam etdirildiyi təbliğatı ilə başlanıldı. Əslində narahatçılıq üçün elə bir əsas da yox idi. Çünki xarici siyasi dəstək, dişsiz protokol hesabatlarını, “dejurni bəyanat”ları nəzərə almasaq, əvvəllər olduğundan daha güclü və açıq idi.  2003-cü il  seçkiləri öncəsi ata-oğul “alternativ” namizədliyi, İlham Əliyevin baş nazir təyinatındakı komediyanı və seçkinin qalibi İsa Qəmbərin nəticələrinin İlham Əliyevin xeyrinə saxtalaşdırılmasını, hakimiyyətin atadan oğula ötürülməsi rüsvayçılığını dünyanın az qala ayaq üstə alqışlaması xarici dəstəyin həddini görməyə imkan verir.
Əsasən neft maraqları, əslində isə kompleks geopolitik maraqlar naminə formalaşan “xarici siyasi dəstək” sonsuz ola bilməzdi. (Ukrayna hadisəsi göstərdi ki, geopolitik status-kvo da, beynəlxalq təhlükəsizlik sistemi də bir anda dağıla bilər)
 Çünki rejimin Qərbi özünün SABİTLİK nağılına inandıra bildiyini düşünməsinə baxmayaraq, Qərb çox gözəl anlayırdı ki, Uzunmüddətli sabitlik legitimliyin demokratik proses nəticəsində təsdiqləndiyi halda olur. Bu, o qədər aydın düsturdur ki, hətta qəti siyasi dəstəyin verildiyi vaxtlarda belə, Qərb bu həqiqəti Əliyevlər rejiminə pıçıltılı səslə də olsa xatırladırdı. Amma bu xatırlatmaları danışıqların bəsit protokol cümlələri hesab edən rejimin zaman keçdikcə, bu cümlələrdən necə qeyzləndiyinin şahidi olmağa başladıq: Dəstəyin zəifləyib, tələblərin sıralanmağa və eşidilə bilən tonda tələffüz olunduğu vaxtlardan.
 2005-ci ilin yazından etibarən biz bu dəstəyin yumşaq tövsiyələrlə başlayıb artan təzyiqlə davam etdiyini açıq şəkildə müşahidə edə bilirik. İlk illər, 2005 -2007- ci illər dövründə  ikinci Əliyevə olan təzyiqləri biz şərti olaraq “islahat naminə səmimi qınaqlar”, ya da “inandırma yolu ilə reformalara sövq etmə” kimi xarakterizə edə bilərik. Buna misal kimi həm 2003-cü repressiyası zamanı həbs edilmiş nüfuzlu siyasi məhbusların 2005-ci ilin yazında  həbsdən buraxılmasını və sürətli şəkildə üzərilərindəki məhkumluğun qaldırılaraq parlament seçkilərinə qatıla bilmələrinin önünün açılmasını, həm də payızda keçiriləcək seçkilərin “azad” keçiriləcəyinə vəd kimi 2005-ci ildə İlham Əliyevin “Yerli icra hakimiyyətlərinin seçkilərə müdaxiləsini qadağan edən və seçicilərin barmaqlarının boyanması haqda” fərmanını göstərmək olar. Başlanğıcda hər şey yaxşı görünürdü və Qərblə bərabər bir sıra yerli siyasətçilər də islahatlar qatarının yola çıxdığını düşünməyə başlamışdı. Ancaq cəmi üç ay sonra  2005-ci ilin senyabrında iki nazirin müxalifətlə işbirliyinə girərək, Qərbin ”Narıncı” inqilabına dəstək vermələri iddiası və çevrilişə cəhd ittihamı ilə həbs olunmaları, bu ssenarinin Kremldə hazırlanıb Bakıda icra olunduğuna hamı əmin olanda, hamı həm də ona əmin oldu ki, adına balanslı xarici siyasət deyilən siyasi kurs ikinci Əliyevin yanaşmasında yaşaya bilmir, bitəcək!
Yeni siyasi kursun adı  özündə monarxist elementlər daşıyan, istiqamət olaraq ərəb rejimlərinə bənzəyəcək “HEYDƏRİZM” olacaqdı.
Və bunun məntiqi davamı kimi Qərbin  siyasi dəstəyi də, əlbəttə bitməyə məhkum idi!
İmitasyon demokratiyadan Tiraniyanın mağarasına doğru
Sonrakı dövrlərdə biz Qərb siyasi dairələrinin sanki ölü susqunluğunu müşahidə etməyə başladıq. Nə 2008-ci ilin real alternativsiz prezident seçkiləri ilə bağlı, nə də 2009-cu ildə keçirilən Azərbaycan dövlətçiliyinin respublikaçılıqdan sülalə idarəçiliyinə keçidini, bir nəfərin məhdudiyyətsiz müddətə ölkəyə rəhbərlik etməsini rəsmiləşdirən, ərəb və Orta Asiya coğrafiyasına xas Hüsnü Mübarək, Nazarbayev və Bəşər Əsəd yolunu açan maddə dəyişikliyi ilə əlaqədar referendum zamanı da Qərbin hər hansı yadda qalan qətiyyətli açıq mövqeyinə rast gəlmirik. Bu susqunluğun 2005-ci ildən  2010-cu il parlament seçkilərinin saxta nəticələrinə - son 20 ildə ilk dəfə olaraq müxalifətsiz parlament formalaşdırılmasına qədər olan dövrdə qapalı təzyiq kimi davam etdiyini biz yalnız bir siyasi hadisə ilə; ABŞ-ın bir ildən artıq müddətə Azərbaycana səfir gondərməməsi ilə xatırlayırıq.
Ancaq qəfildən “wikiliks” hadisəsi ilə ən gizli sənədlərin ortaya tökülməsi zamanı biz bir sıra yeni həqiqətlərlə də tanış olmağa başladıq. Əlbəttə açılan sənədlərdə biz İlham Əliyevi necə tanıyırıqsa, elə o imicin təsdiqi faktları əsasən çoxluq təşkil edirdi. Buna misal kimi, İlham Əliyevin Amerikanın vitse- prezidenti Baydenlə danışığı zamanı Rusiya haqda, Putinlə Medvedyevi  müqayisə edərkən “iki qoçun başı bir qazanda qaynamaz”, Türkiyə haqda “mən imkan verməyəcəm Türkiyə enerji mərkəzinə çevrilsin” kimi, sonradan ciddi-cəhdlə danmağa çalışdığı cümlələrini göstərmək olar. Amma bundan az əhəmiyyətli olmayan isə ABŞ-ın o zamankı səfiri Enn Ders ilə görüşündə ona “...siz 2003-cü ildən bəri məni rəsmi prezident kimi qəbul etmirsiniz....” , “... mənə təzyiq etmək istəyirlər, ancaq ABŞ-dan başqa heç kimi buna haqqı yoxdur..” cümlələrinin olduğu mətnlərdir. Hər halda ABŞ rəsmilərinin qapalı görüşlərdə İlham Əliyevə “Mr. President” yox, “Mr. Aliyev” deyə müraciət etmələri münasibətlərin necəliyinə işıq tutur.
Buradan göründüyü kimi, bizim ölü susqunluq deyə xarakterizə etdiyimiz dövr,  əslində qapalı görüşlər zamanı necə qarşılıqlı ittihamlar, amma həm də İlham Əliyevin ABŞ-ın təzyiq etməyə haqqı olduğunu etiraf etdiyi nüanslarla dolu imiş. Sadəcə olaraq eyni dövrdə paralel davam edən “kürü diplopatıyası” da rejimdə qəti əminlik yaratmışdı ki, qapalı təzyiqlərə baxmayaraq  güclü dövlətlərin iqtisadi maraqlarını təmin etdikdən sonra ölkədə sülalə hakimiyyətini reallaşdırmaq yolunda qəti qələbəyə nail olmaq mümkündür. Bunun ən samballı əsası isə ərəb coğrafiyası idi. Onsuz da o coğrafiya tiraniyanın mağarası idi və heç kim, heç bir siyasi araşdırma ərəb tiraniyalarının dağılacağını, yaxud da dağılması üçün əsasların yarandığını iddia etmirdi.
Rejimin bütün bu arxayınlığı  ərəb coğrafiyasında gözlənilməz inqilabların baş verməsinə qədər davam etdi. Bu inqilabların başlaması, xüsusilə də ilk günlərdə rejimdə tam bir apatiya vəziyyəti yaratdı, tiraniyanın mağarası dağılmışdı. Həmçinin, daxildə tam məhv edilməsi mümkün olmayan əzmkar siyasi müxalifətin əvvəlki dövrlərlə müqayisədə seçki sonrası dərin məyusluğun əvəzinə, bu dəfə  seçki sonrası rejimin qəbul edilməyən legitimliyini sanksiyalaşdırmaq yolunu tutaraq İctimai Palata formatında təşkilatlanma cəhdləri qısa zamanda beynəlxalq qüvvələrin diqqət mərkəzinə yerləşməsinə, nominal da olsa, “potensial iqtidar” imicinə iddialılığı, bir tərəfdən rejimin psixoloji məğlubedilməz mifini dağıdırdısa, digər tərəfdən xarici siyasi dəstəyin bitməyə başladığı zamanda  dalana dirənməyin astanasında olduğu reallığını rejimin dərk etməsinə, “Azərbaycanda siyasi dəyişiklik şərtidirmi? Qətidirmi?” dilemmasını yaşayanları isə ən azı düşünməyə sövq edirdi. Məhz həmin zamanda biz son 20 illik həyatını, (bəzilərinin gəncliyini, bəzilərinin alimliyini, bəzilərinin isə dünyaca məşhur “azərbaycanlı”lığını) Əliyevlərə xidmətə həsr etmiş kəslərin cinah dəyişərək, anti-rejim cəbhəsində yer almasını, təşkilatlanmağa çalışmalarını izləyirdik. Daha sonra bu təmərküzləşmə 2013-cü ilin prezident seçkilərinə doğru “Milli Şura” formatında başlanğıcda böyük ümidlər doğursa da, 2013-cü ilin may ayında Milli Şuranın platformasına Müsavat Partiyası tərəfindən təklif edilən “avrointeqrasiya” xəttinə Rüstəm İbrahimbəyov qanadının məlum etirazını,  bir çoxunun “Kreml veto”su dediyi, skandalı yaşadı. (Ümumiyyətlə, həmin vaxtı “Rusiya təhlükəsi” yanaşmasını məsxərəyə qoyanlar bir neçə ay sonra Ukraynada baş verənləri izlədiyində utandılarmı görəsən? Üstəlik 1918-ci ildə Cümhuriyyətin elanı və 1991-ci ildə  müstəqilliyin bərpası zamanı bəyan olunan “Azərbaycan öz inkişafını və milli təhlükəsizliyini avrointeqrasiyada görür” devizi əslində avropalaşmanı  Cümhuriyyətimizin quruluş fəlsəfəsinə yerləşdirib.)  Putinin Bakı səfərindən sonra isə “Mili Şura” özünün Rusiya vətəndaşı olan vahid namizədinin gəlişinin mümkünsüzlüyü reallığında ciddi nüfuz itkisi ilə üz-üzə qaldı. Və  əvvəllər süngü ilə qarşılanan “Ehtiyat Vahid Namizəd” təklifinın nəhayət, qərara çevrilməsi sayəsində  Milli Şuranı dalandan çıxarmaq mümkün oldu. Cəmil Həsənlinin namizədliyi ilə kifayət qədər uğurlu seçki kampaniyası aparıldı. Amma son dərəcə həssas bir dövrdə itirilən imkanlar seçki qabağı mütəşəkkil beynəlxalq dəstəyin də  itirilməsi isə nəticələndiyinə görə daxili müqavimətlə, beynəlxalq təzyiqin harmoniyası alınmadı.


(Rejim özünə “məğlubedilməz”, Qərb isə ona “qəbuledilməz” deyir )
  2010-2013-cü illər  artıq Azərbaycanın yeni siyasi dövrə qədəm qoyduğu, Qərb siyasi dairələrinin “Azərbaycanda rejim dəyişməlidirmi” sualına cavab axtardığı dövr yox,  “dəyişikliyin ən optimal variantı hansıdır” sualına cavab axtardığı dövrdür.
Son 2-3 ilin hadisələrindən sonra biz aydın şəkildə görə bilirik  ki, İlham Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə  qərar verib. Bunun ən bariz nümunəsi Qərbin, İlham Əliyevlə münasibətlərdə əvvəlki dövrlərdən fərqli olaraq insan haqları və xüsusi ilə də siyasi məhbus məsələsində “daha güzəşt olmayacaq” mesajlarıdır.
  Qərb vahid komanda şəklində nümayiş etdirir ki, İlham Əliyevlə münasibətləri bitirməkdə tərəddüdü yoxdur.
Məhz bu tərəddüdün aradan qalxması fonunda biz, Qərbin Azərbaycana münasibətdə “demokratiyaya inandırma yolu ilə islahatlara  cəlb etmə” siyasətindən “dəyişikliyə məcbur etmə” siyasətinə keçidini, proparsional olaraq da İlham Əliyev hakimiyyətinin Putin Rusiyasının protektanlığına dogru sürətləndiyini izləyirik.
Bu siyasət Azərbaycana nə vəd edir? Cavab sadə deyil.  
2013-ci ilin sonunda baş verən “assosiativ saziş” hadisəsinə qədər, hətta “Maydan” hadisələrinin başlanğıcında belə əksəriyyət bu qənaətdə idi ki, Yanukoviç müəyyən qədər Rusiyaya yaxınlığı ilə seçilsə də, Ukrayna daha çox Avropadır. Ukraynanın tamamilə   Rusiyanın nəzarətində olması iddiaları ciddi qəbul edilmirdi. Amma hadisələrin sonuna doğru məlum oldu ki,  Ukraynanın nəinki hökuməti, nəinki ordusu, bütün bürokratiyası Kremilin əmrindədir! Belə bir halda Azərbaycanda vəziyyətin nə ölçüdə Kremlin nəzarətində olduğunu təsəvvür etmək çox çətindir. Rejimin ölkəni III işğala, Putin Rusiyasının boyunduruğuna doğru apardığını kim görmür ki?!
Əvvəlcə Qərb-Azərbaycan münasibətlərinə, bu münasibətlərin xüsusilə də iqtisadi yöndən nə qədər dərinliyə işlədiyinə nəzər salaq. AP-nin son qətnaməsi fonunda biz yalnız Azərbaycanın heç üzvü belə olmadığı Avropa ittifaqı ilə əlaqələrinə göz ataq. O zaman rejimin lazım gəlsə Avropa ilə  əməkdaşlığı dayandıraraq hədələri reallaşarsa, ölkəmizi hansı dağıntıların gözlədiyi haqda təsəvvürlərimiz yaranacaq:
1991-ci ildə müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biridir. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində Azərbaycan dövlətinin inkişafı üçün təminatlı geniş imkanlar pəncərəsi yaratmışdır. Azərbaycan Respublikası  ilə Avropa İttifaqı  arasında münasibətlərin hüquqi əsası 22 aprel 1999-cu ildə Lüksenburqda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanması ilə qoyulub. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması və hüquq sisteminin müstəqilliyinin reallaşdırılmasını təşkil edir.
2004-ci ildə qoşulduğumuz Avropa Qonşuluq Siyasəti (AQS) isə ölkəmiz üçün aşağıdakı imkanlar deməkdir:
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı.
- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak.
2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.
ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.
“Şərq Tərəfdaşlığı” Azərbaycanın Avropaya inteqrasiyasına geniş imkanlar açsa da, geridə qalan müddətdə rəsmi Bakı demokratiya, siyasi islahatlar və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı heç bir addım atmayıb. “Şərq Tərəfdaşlığı” çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər.
Aİ ilə əlaqələrin genişlənməsinin ölkədəki avtoritarizmin əlini-qolunu bağlayacağı reallığından çəkinərək, dövlətimiz üçün belə bir uğurlu imkanlardan maksimum faydalanmaq əvəzinə,  rejim əbədi hakimiyyət maraqları naminə bu imkanları geri çevirir.
İndiyə qədərki dövrdə rejim bu əməkdaşlıq münasibətlərini yalnız enerji əməkdaşlığı müstəvisində çərçivələyib. Digər qanunvericilik, siyasi islahatların icrası dondurulub. Hətta bu halda belə əlaqələr o qədər şəbəkələşmiş, dərinləşmiş vəziyyətdədir ki, bu əlaqələrin dayandırılması  ölkə iqsadiyyatının dağıntılar altında qalması ilə nəticələnər. 

Siyasi partiyalara, mediaya, ayrı-ayrı jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq edilən sistematik repressiya vəziyyətin nə dərəcədə ağır olduğunu göz önünə sərir. Məhz indi  Qərbin real rıçaqlarını, üst “elita”ya qarşı sanksiyaları işə salması son dərəcə zəruridir. Qərb öz siyasətini elə qurmalıdır ki, nəticədə Avropadan uzalaşdırılan Azərbaycan yox, yalnız rejimin özü olmalıdır.

22 Haziran 2013 Cumartesi

Adam kimi adam - İsaxan Aşurov

“Cənab Ümummmilli lider! Oguz rayonunda sizin adınıza olan prospektlə N.Nərimanov adına  küçənin kəsişməsində yerləşən məhkəmədə olduq. Məhkəmə sizin tapşırıqlarınıza sadiq qalaraq, hər zaman oldugu kimi, yenə də ədaələtsiz  qərarla qurdugunuz rejimin dayaqlarını möhkəmləndirdi.
Məruzə etdi, Vəkil İsaxan Aşurov”.

Bu gün nəhəng kişinin – vəkil İsaxan Aşurovun vəfatının ildömüdür. Mən 3 il  İsaxan bəyin köməkçisi olmuşam. Ancaq Şef mənim üçün, sadəcə Azərbaycanın savadlı, tanınmış vəkili deyildi. Baxmayaraq ki, İsaxan bəyin əksər müdafiə çıxışlarının  mətni "hüquq doktorlugu" işidir.   Şef  hərhərtərəfli adam idi: möhkəm dost, ləyaqətli insan, əsl Demokrat.

Ləyaqət sözü İsaxan Aşurov üçün sehrli söz idi.
Müsavatın qərargahında Şirməmməd Hüseynovun  80 illik yubileyini qeyd edirdik (səhv etmirəmsə, 2004-cü il idi). Orda Ləyaqət prinsipi ilə baglı İsa bəyin təbrik nitqi (bəzi insanların hansısa yaşda ləyaqətini itirməsi haqda) olmuşdu. Təxminən bir il sonra Oğuz rayonuna bir məhkəmə işinə gedərkən bunu xatırlatdı və dedi: “Şef, sənə bir dost, lap elə keçmiş Polis rəisi kimi J qarantiya verirəm ki,  biz – Hikmət, İsa,  Zamin, bir də mən ləyaqətimizi itirmədən öləcəyik”.
İsaxan bəyi yaxından tanıyanların, yəqin ki, onunla baglı bir çox xoş xatirələri var. Yuxarıda qeyd etdiyim, Oguz rayonundakı məhkəmədən qayıdarkən  xatırladıqca güldüyüm xatirə kimi...
Məhkəməni uduzduq. Məhkəmə hakimi hər zamankı kimi haqsızlıq etmişdi. Qayıdanda Oguzun mərkəzindəki dairəni keçərkən dayandıq.  Dairənin kənarında Heydər Əliyevin böyuk bir posteri vardı. İsaxan bəy hərbi yerişlə yeriyərəyək, posterin önündə dayandı və başladı: “Cənab Ümummilli lider! Oguz rayonunda sizin adınıza olan prospektlə N.Nərimanov adına  küçənin kəsişməsində yerləşən məhkəmədə olduq. Məhkəmə sizin tapşırıqlarınıza sadiq qalaraq, hər zaman oldugu kimi,  yenə də ədaələtsiz bir qərarla qurdugunuz rejimin dayaqlarını möhkəmləndirdi.
Məruzə etdi, Vəkil İsaxan Aşurov”

 
“Əziz Həm­və­tən­lər!

Möv­cud re­ji­min 12 il­lik ha­ki­miy­yə­ti döv­rün­də Azər­bay­can bir­par­ti­ya­lı, rüş­vət­xor dik­ta­tu­ra­ya çev­ri­lib. Be­lə şə­ra­it­də yal­nız na­mus, vicdan və ləyaqət his­si­ni itir­dik­dən son­ra di­lsiz-ağız­sız məx­luq ki­mi ya­şa­maq müm­kün­dür. Bə­zən isə heç bu da kö­mək et­mir.
Bu gün mil­lə­ti­miz iki­yə bö­lü­nüb. Bugün­kü Azər­bay­can – “Bir Döv­lət, iki Mil­lət­dir!”­ Biz bi­rin­ci və ikin­ci növ adam­la­ra bö­lün­mü­şük: öl­kə­ni ələ ke­çi­rmiş bir ovuc pul və hakimiyyət hərisi və bö­yük ək­sə­riy­yət olan biz­lər – haq­sız-hü­quq­suz, im­kan­sız və gə­lə­cə­yə ümid­siz in­san­lar. Bi­rin­ci­lər öl­kə­ni ta­la­ma­ğa, və­tən­daş­la­rı al­çalt­ma­ğa da­vam edir. Niy­yət­lə­ri – bi­zi kö­lə et­mək­dir, öv­lad­la­rı­mı­zı isə gə­lə­cək­də on­la­rın öv­lad­la­rı­nın kö­lə­lə­ri­nə çe­vir­mək­di.
Biz ha­mı­mız bu­na son 12 il­də əmin ol­duq. Bu dövr­də biz bir döv­lət­də iki mil­lət ki­mi ya­şa­dıq; on­lar ora­da – yu­xa­rı­da, biz isə bu­ra­da – aşa­ğı­da! Və on­lar is­tə­yir­lər ki, bu və­ziy­yət əbə­di da­vam et­sin...
Bu isə İsaxan bəyin 2005-ci il parlament seçkilərində namizəd oldugu Qazax seçki dairəsindən seçicilərlə görüşündəki çıxışının bir hissəsidir. Bu mətn “Azadlıq” blokunun platformasından götürülüb. İsaxan bəydən başqa, heç kim bu ifadələri öz tabligat çıxışına salmadı...

6 Haziran 2013 Perşembe

Ya­şa­sın Res­pub­li­ka! Yaşasın Azad­lıq! Bir Döv­lət və Bir Mil­lət!

6 Sentyabr 2005

“Platforma” Qrupunun
razılaşdırdığı layihə

Azadlıq Blokunun Seçki Platforması

Bir Dövlət, Bir Millət

Azad­lıq blo­ku” – 2005-ci ilin par­la­ment seç­ki­lə­rin­də qə­lə­bə qa­zan­maq üçün de­mok­ra­tik par­ti­ya­la­rın qüv­və­lə­ri­nin bir­ləş­di­ril­mə­si məq­sə­di­lə ya­ra­dıl­mış seç­ki blo­ku­dur. ”Azad­lıq blo­ku­”na ADP, AXCP, Mü­sa­vat par­ti­ya­la­rı da­xil­dir. Bun­dan əla­və, öl­kə­də əsas­lı de­mok­ra­tik də­yi­şik­lik­lə­rin zə­ru­ri­li­yi ba­rə­də Azad­lıq blo­ku­”nun si­ya­si möv­qe­yi­ni dəs­tək­lə­yən ziyalılar, ic­ti­mai xa­dim­lər və si­ya­sət­çi­lər də bu blo­kda fər­di qay­da­da bir­lə­şib. Blok dövlətimizin Konstitusiya, İqtisadi və sosial islahatlarına dair çoxsaylı geniş və hərtərəfli proqramlar işləyib hazırlayıb. Bu platforma həmin proqramlarda təsbit edilən əsas ideya və yanaşmaları əks etdirir.


Əziz Həm­və­tən­lər!

Möv­cud re­ji­min 12 il­lik ha­ki­miy­yə­ti döv­rün­də Azər­bay­can bir­par­ti­ya­lı, rüş­vət­xor dik­ta­tu­ra­ya çev­ri­lib. Be­lə şə­ra­it­də yal­nız na­mus, vicdan və ləyaqət his­si­ni itir­dik­dən son­ra di­lsiz-ağız­sız məx­luq ki­mi ya­şa­maq müm­kün­dür. Bə­zən isə heç bu da kö­mək et­mir.
Bu gün mil­lə­ti­miz iki­yə bö­lü­nüb. Bu gün­kü Azər­bay­can – “Bir Döv­lət, iki Mil­lət­dir!”­ Biz bi­rin­ci və ikin­ci növ adam­la­ra bö­lün­mü­şük: öl­kə­ni ələ ke­çi­rmiş bir ovuc pul və hakimiyyət hərisi və bö­yük ək­sə­riy­yət olan biz­lər – haq­sız-hü­quq­suz, im­kan­sız və gə­lə­cə­yə ümid­siz in­san­lar. Bi­rin­ci­lər öl­kə­ni ta­la­ma­ğa, və­tən­daş­la­rı al­çalt­ma­ğa da­vam edir. Niy­yət­lə­ri – bi­zi kö­lə et­mək­dir, öv­lad­la­rı­mı­zı isə, gə­lə­cək­də on­la­rın öv­lad­la­rı­nın kö­lə­lə­ri­nə çe­vir­mək­di.
On­lar de­yir­lər ki, bi­zim xal­qı baş­qa cür ida­rə et­mək müm­kün de­yil; de­yir­lər ki, biz bu­na da şü­kür et­mə­li­yik; de­yir­lər ki, qur­duq­la­rı “ölü sa­bit­lik” re­ji­mi xal­qı­mı­za xoş­bəxt­lik gə­ti­rir, öl­kə­miz isə doğ­ru yol­la in­ki­şaf edir...
Son bir ne­çə il­də bu re­jim xal­qı­mı­zı və bey­nəl­xalq ic­ti­ma­iy­yə­ti inan­dır­maq is­tə­yir­di ki, o bir az­dan bə­zi de­mok­ra­tik is­la­hat­lar hə­ya­ta ke­çi­rə­cək – rüş­və­ti yı­ğış­dı­ra­caq, əda­lət gə­ti­rə­cək, in­san­la­rı ağ gü­nə çı­xa­ra­caq­dır. Gör­mə­dik. Ay­dın­dır, ni­yə! Axı hər bir de­mok­ra­tik is­la­hat on­la­rın ağa­lı­ğı­na xə­ləl gə­ti­rə­cək. Bu re­jim kor­rup­si­ya ilə mü­ba­ri­zə apa­ra bil­məz, çün­ki o kor­rup­si­ya üs­tün­də qu­ru­lub. Bu re­jim bi­zim prob­lem­lə­ri həll edə bil­məz, çün­ki bu prob­lem­lə­ri re­ji­min özü yaradıb. Biz ha­mı­mız bu­na, son 12 il­də əmin ol­duq. Bu dövr­də biz bir döv­lət­də iki mil­lət ki­mi ya­şa­dıq; on­lar ora­da – yu­xa­rı­da, biz isə bu­ra­da – aşa­ğı­da! Və on­lar is­tə­yir­lər ki, bu və­ziy­yət əbə­di da­vam et­sin...

Am­ma biz bu mil­li fa­ci­ə­yə son qoymalıyıq. Bu fa­ci­ə­ni yal­nız biz yox, bü­tün dün­ya gö­rür. Bü­tün dün­ya­da bu fa­ciə haq­da söh­bət­lər ge­dir, han­sı bey­nəl­xalq hesabata baxsaq Azərbaycanı orada biabırçı ölkələr yanında gö­rə­cə­yik. Mil­li qü­ru­ru­muz üçün bun­dan bö­yük təh­qir ola bi­lər­mi? Biz in­san­la­rın lə­ya­qə­ti­ni qo­ru­maq, on­la­rın tap­dan­mış haq­la­rı­nı öz­lə­ri­nə qay­tar­maq və döv­lə­ti­mi­zin bey­nəl­xalq nü­fu­zu­nun bər­pa­sı­na na­il ol­maq üçün bir­ləş­mə­li­yik.
Ha­mı­ya ay­dın ol­ma­lı­dır ki, iki­yə bö­lün­müş mil­lət nə da­xi­li, nə də xa­ri­ci böh­ran­la­ra tab gə­ti­rə bil­məz. Biz xal­qı­mı­zın bir­li­yi­ni bər­pa et­mək fik­rin­də­yik. Biz is­tə­yi­rik ki, “bir döv­lət,  bir mil­lət” olaq. Və bu bir­lik ha­mı üçün bə­ra­bər hü­quq­la­ra və bir əda­lə­tə əsas­la­na­caq.

Biz be­lə he­sab edi­rik və mü­a­sir dün­ya ta­ri­xi da bu­nu təs­diq edir ki, azad­lıq ol­ma­yan yer­də in­ki­şaf ol­mur! Zo­ra­kı­lı­ğa ar­xa­la­nan döv­lət da­ğıl­ma­ğa məh­kum­dur! Biz tə­ləb edi­rik ki, Kons­ti­tu­si­ya­mı­za və Azər­bay­can tə­rə­fin­dən im­za­lan­mış Av­ro­pa İn­san Haq­la­rı Konvensiyasına zidd olan bü­tün qa­nun­lar ləğv edil­sin.
Bun­dan əla­və, təc­rü­bə­miz gös­tə­rir ki, de­mok­ra­tik qa­nun­lar qə­bul et­sək be­lə, bu, öl­kə­də əda­lə­tin, vic­dan­lı si­ya­si və iq­ti­sa­di rə­qa­bə­tin bər­qə­rar ol­ma­sı üçün ye­tər­li de­yil. Qa­nun­larımız o za­man iş­lə­yə­cək ki, onları hə­ya­ta ke­çi­rən ic­ra ha­ki­miy­yə­ti üzə­rin­də par­la­men­tin cid­di nə­za­rə­ti ol­sun.

Öl­kə­mi­zin xa­ri­ci si­ya­si kur­su­nun is­ti­qa­mə­ti hə­lə də də­qiq mü­əy­yən olun­ma­yıb. Bu da təəccüblü de­yil, çün­ki möv­cud re­jim bir tə­rəf­dən de­mok­ra­tik dün­ya­ya qovuşmaq istədiyini bil­di­rir, di­gər tə­rəf­dən isə ba­şa dü­şür ki, bu­nun üçün tə­ləb olu­nan de­mok­ra­tik­ləş­mə onun tam if­la­sı­na gə­ti­rib çı­xa­ra­caq. Biz he­sab edi­rik ki, öl­kə­miz Av­ro­at­lan­tik mə­ka­na hə­qi­qi si­ya­si, iq­ti­sa­di və hər­bi-stra­te­ji in­teq­ra­si­ya pro­se­si­nə dər­hal baş­la­ma­lı­dır. La­kin bu­nun üçün biz gə­rək in­di­dən re­al iş gö­rək – öl­kə­mi­zi Av­ro­pa­nın yük­sək de­mok­ra­tik və so­si­al stan­dart­la­rı­na ya­xın­laş­dı­raq.
Biz qon­şu­la­rı­mız Ru­si­ya və İran­la yax­şı mü­na­si­bət­lə­rin tə­rəf­da­rı­yıq, la­kin, he­sab edi­rik ki, bu mü­na­si­bət­lər bə­ra­bər­hü­quq­lu ol­ma­lı­dır. Biz, de­mok­ra­ti­ya yo­lu­na inam­la gə­dəm qoy­muş və ta­le­yi bi­zim­ki­nə ox­şa­yan Gür­cüs­tan və Uk­ray­na ilə əla­qə­lə­ri genişləndirmək is­tə­yi­rik.

Biz ölkədə geniş Konstitusiya islahatları aparılmasını istəyirik; müs­tə­qil məh­kə­mə və güc­lü par­la­ment tə­rəf­da­rı­yıq – de­mok­ra­tik sis­te­min tə­mə­li məhz bu­dur. Hakimiyyət qolları arasında səlahiyyət bölgüsü qarşılıqlı nəzarət prinsipini qorumaq şərtilə yenidən bölünməlidir. Parlamentin səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilməli, ona geniş təhqiqat aparmaq, hökumətin fəaliyyəti və büdcənin xərclənməsi üzərində nəzarət etmək hüquqları verilməlidir. Xal­qı­mı­zın ta­rix bo­yu həs­rə­ti­ni çəkdiyi müs­tə­qil və əda­lət­li məh­kə­mənin yaradılması hər bir azər­bay­can­lı­nın fik­ri-zik­ri ol­ma­lı­dır. Çün­ki əda­lət­li məh­kə­mə ol­ma­dan nə iq­ti­sa­di-si­ya­si is­la­hat­lar proq­ram­la­rı, nə in­san haqq­la­rı sa­hə­sin­də im­za­lan­mış bey­nəl­xalq öh­də­lik­lər, nə də son­suz nə­si­hət­lər mil­li in­ki­şafı təmin edə bilməz. Bu­nun­la əlaqədar biz istəyirik ki, məhkəmə sistemini özünüidarəedən ictimai orqan şəklində fəaliyyət göstərsin; And­lı­lar Məh­kə­mə­si sis­te­mi ya­ra­dıl­sın və geniş şəkildə tətbiq edilsin; ha­kim­lər xalq tə­rə­fin­dən se­çilsin.

Biz, ge­niş yer­li özü­nü ida­rə­et­mə­nin tə­rəf­da­rı­yıq və səy­lə ça­lı­şa­ca­ğıq ki, bə­lə­diy­yə­lə­ri­miz Av­ro­pa Yer­li Özü­nü İda­rə­et­mə Xar­ti­ya­sı­na uy­ğun ola­raq mül­kiy­yət və sə­la­hiy­yət sa­hi­bi ol­sun­lar. He­sab edi­rik ki, yer­li ic­ra baş­çı­la­rı da yer­li ca­ma­at tə­rə­fin­dən se­çil­mə­li və on­la­rın fə­a­liy­yə­ti və­tən­daş nə­za­rə­ti al­tın­da ol­ma­lı­dır. Biz, həm­çi­nin is­tə­yi­rik ki, bü­tün de­mok­ra­tik öl­kə­lər­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da pay­taxt me­ri ol­sun və o, və­tən­daş­lar tə­rə­fin­dən se­çil­sin. Son za­man pay­tax­tı­mız­da hökumətin ha­va­dar­lı­ğı ilə ge­dən nə­za­rət­siz in­şa­at “əmə­li­yyat”la­rı Ba­kı­nın gör­kə­mi­ni ey­bə­cər­ləş­di­rir, onun sa­kin­lə­ri­nin mül­kiy­yət və təh­lü­kə­siz­lik hü­quq­la­rı­nı tap­da­yır. Bu öz­ba­şı­na­lı­ğa dər­hal son qo­yul­ma­lı­dır. Gö­zəl Ba­kı­mı­zı bu ac­göz “bən­na­la­rın” və on­la­ra qəyyumluq edən mə­mur­la­rın əlin­dən qur­tar­ma­lı­yıq.

Qa­ra­bağ prob­le­mi – Azərbaycanın əra­zi bü­töv­lü­yü baş­lı­ca ama­lı­mız­dır. Bu prob­lem 11 il əv­vəl atəş­kə­sin im­za­lan­ma­sın­dan son­ra nə sülh, nə də hərb yo­lu ilə öz həl­li­ni ta­pa bil­mə­yib. Bu prob­le­mi həll et­mək üçün heç şüb­hə­siz ki, or­du­nu və iq­ti­sa­diy­ya­tı­mı­zı güc­lən­di­ril­mə­li­yik, am­ma bu­nun­la ya­na­şı biz öl­kə­nin bey­nəl­xalq nü­fu­zu­nun güc­lən­di­ril­mə­si­ni də heç vaxt unut­ma­ma­lı­yıq – bun­suz nə dip­lo­ma­tik, nə də hər­bi uğur­lar qa­za­na bi­lə­rik. Öl­kə­nin bey­nəl­xalq nü­fu­zu isə, öz növ­bə­sin­də, in­san haq­la­rı­nın tə­mi­na­tın­dan və de­mok­ra­ti­ya­nın sə­viy­yə­sin­dən bir­ba­şa ası­lı­dır. Ha­mı üçün tam ay­dın ol­ma­lı­dır ki, bey­nəl­xalq ic­ti­ma­iy­yət azər­bay­can­lı­la­rı tap­da­la­yan Azər­bay­can hökumətinə Qarabağ er­mə­ni­lə­ri­ni öz zülm­kar ha­ki­miy­yə­ti al­tı­na sal­mağa heç vəch­lə im­kan ver­mə­yə­cək. Qa­ra­bağ er­mə­ni­lə­ri Azər­bay­ca­nı de­mok­ra­tik və çi­çək­lə­nən gör­mə­yin­cə, mü­za­ki­rə olu­nan sülh plan­la­rı sə­mə­rə ver­mə­yə­cək. Müxtəsər, özümüz azad olsaq Qarabağı da azad edə bilərik!

Nef­ti­miz ta­ri­xi­miz­də növ­bə­ti də­fə mil­lə­tin ümi­din­dən mil­lə­ti­ni bə­la­sı­na çev­ri­lir. Onun xey­li his­sə­si oğur­la­na­raq öl­kə­nin kri­mi­nal şə­bə­kə­si­ni do­lan­dı­rır, büd­cə­yə ça­tan və­sa­it­dən isə büd­cə təş­ki­lat­la­rı­nın iş­çi­lə­ri­nə “di­lən­çi pa­yı” ve­ri­lmə­si he­sa­bı­na re­jim öz və­ziy­yə­ti­ni əbə­di­ləş­dir­mək is­tə­yir. Ümummilli sər­və­timizi ələ keçirən re­jim nef­tin fa­si­lə­siz ix­rac olun­ma­sın­da ma­raq­lı olan bey­nəl­xalq qüv­və­lə­rin dəstəyini qa­zan­ma­ğa ça­lı­şır. Bu re­ji­min sa­yə­sin­də öl­kə­miz neft pul­la­rı­nı gö­yə so­vu­ra­raq ad­dım-ad­dım ma­ya­sın­dan ye­yən və büd­cə­si­ni ar­tır­maq üçün heç bir mü­tərəq­qi is­la­hat apar­ma­ğa eh­ti­yac duy­ma­yan pa­ra­zit-döv­lə­tə çev­ri­lir...
Bəs 15-20 il son­ra nə edə­cə­yik? Neft qur­ta­ra­caq, əc­nə­bi­lər ge­də­cək, və o za­man iki­yə bö­lün­müş mil­lə­ti­miz in­ki­şaf­dan qal­mış iq­ti­sa­diy­yat və rüş­vət­xor döv­lət apa­ra­tı ilə baş-ba­şa qa­la­ca­q. Üs­tü­mü­zə gələn bu la­büd təh­lü­kə öv­lad­la­rı­nın gə­lə­cə­yin­dən na­ra­hat olan hər bi­ri­mi­zi dü­şün­dür­mə­li­dir.
Biz he­sab edi­rik ki, neft sek­to­ru və neft gə­lir­lə­ri cid­di par­la­ment və və­tən­daş nə­za­rə­tin­də ol­ma­lı­dır; biz be­lə nə­za­rə­tin tət­bi­qin­də bö­yük təc­rü­bə­yə ma­lik bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı və de­mok­ra­tik təş­ki­lat­lar­la əmək­daş­lıq et­mək fik­rin­də­yik.
Biz, öz və­tən­daş­la­rı­nı va­hi­mə­də sax­la­yan yox, on­la­ra çətin gün­də əl uza­dan döv­lət qur­maq ar­zu­sun­da­yıq. Bu məq­səd­lə də öl­kə­nin qa­nun­ve­ri­ci­lik sis­te­mi­nə, xü­su­si­lə­ də onun so­si­al tə­mi­nat, təh­sil və tibb sa­hə­lə­ri­nə ye­ni­dən ba­xıl­ma­lı­dır; döv­lə­tin so­si­al si­ya­sə­ti sa­də adam­la­rın eh­ti­yac­la­rı­nı nə­zə­rə al­ma­lı­dır; döv­lə­tin yar­dı­mı kor­rup­si­ya və bü­rok­ra­tizm­dən azad ol­ma­lı­dır. Biz ekoloji qanunvericiliyin sərtləşdirilməsini istəyirik. Son zamanlar nəzarətsiz təsərrüfat fəaliyyəti gedişində ətraf mühitimizə böyük ziyan yetirilib və biz gələcək nəsillər naminə unikal təbiətimizi bərpa etməli və qoruyub saxlamalıyıq.

Azad ol­ma­yan öl­kə­də azad ba­zar iq­ti­sa­diy­ya­tı in­ki­şaf edə bil­məz! Hər kə­sə ay­dın ol­ma­lı­dır ki, iq­ti­sa­di in­ki­şaf öl­kə­də iq­ti­sa­di azad­lıq­la­rın və de­mok­ra­ti­ya­nın sə­viy­yə­sin­dən bir­ba­şa ası­lı­dır. Əgər iq­ti­sa­di rə­qa­bə­tin bə­zi iştirakçıları re­ji­min tam dəs­tə­yin­dən is­ti­fa­də edir­sə, di­gər­lə­ri isə ək­si­nə, mə­mur­lar tə­rə­fin­dən sı­xış­dı­rı­lır­sa, bu ar­tıq azad ba­zar de­yil, bu ar­tıq azad rə­qa­bət de­yil və be­lə iq­ti­sa­diy­yat in­ki­şaf edə bil­məz. Biz iq­ti­sa­di fə­a­liy­yə­tin bü­tün iş­ti­rak­çı­la­rı­nın tam bə­ra­bər hü­quq­la­ra ma­lik ol­ma­la­rı üçün mü­ba­ri­zə apa­ra­ca­ğıq. Bu gün bü­tün gə­lir sa­hə­lə­ri re­jim tə­rə­fin­dən ya­ra­dıl­mış mo­no­po­li­ya­la­rın tam nə­za­rə­tin­də­dir. Bu si­ya­sə­tə son qo­yul­ma­lı­dır.
Biz kütləvi yoxsulluğun və işsizliyin ortadan qaldırılması uğrunda mübarizə aparacağıq; rejim tərəfindən mövcudluğuna son qoyduğu cəmiyyətin “orta təbəqəsinin” inkişaf etdirilməsi üzrə sosial-iqtisadi proqramların həyata keçirilməsini istəyirik.
Biz he­sab edi­rik ki, qiy­mət­lə­rin art­ma­sı ilə cid­di mü­ba­ri­zə apa­rıl­ma­lı; in­ki­şa­fı sti­mul­laş­dır­maq üçün ye­ni ver­gi və kredit si­ya­sə­ti tət­biq edil­mə­li; so­si­al ver­gi mən­fə­ət ver­gi­sin­dən az ol­ma­lı, əm­la­ka və ir­si mül­kiy­yə­tə adek­vat di­fe­ren­si­al ver­gi qo­yul­ma­lı; Əla­və Də­yər Ver­gi­si 15%-ə en­di­ril­mə­li­dir.
Neft gə­lir­lə­ri yal­nız so­si­al eh­ti­yac­lar üçün yox, ilk mər­hə­lə­də ma­liy­yə dəs­tə­yi­nə eh­ti­ya­cı olan li­be­ral iq­ti­sa­di is­la­hat­la­rın ke­çi­ril­mə­si­nə də yö­nəl­dil­mə­li­dir.
İs­teh­sa­lın in­ki­şa­fı­na, və­tən­da­şın öz evi­nin in­şa­sı­na və öv­lad­la­rı­nın təh­si­li­nə xərc­lən­miş və­sa­it ver­gi­dən azad edil­mə­li­dir.
Öl­kə­miz tez za­man­da Dün­ya Ti­ca­rət Təş­ki­la­tı­na da­xil ol­ma­lı­dır.
Bü­tün bun­la­rın re­al­laş­dı­rıl­ma­sı məq­sə­di­lə bu is­la­hat­la­rı təq­dir edən bey­nəl­xalq qu­rum­lar­la sıx əmək­daş­lı­ğın tə­rəf­da­rı­yıq.

Kənd­li­lə­ri­miz kol­xoz sis­te­mi­nin da­ğıl­ma­sın­dan son­ra əs­lin­də ta­le­yin ümi­di­nə bu­ra­xı­lıb­lar və döv­lət tə­rə­fin­dən heç bir kömək gör­mür­lər. Ək­si­nə, re­jim tə­rə­fin­dən hi­ma­yə olu­nan aq­rar mo­no­po­li­ya­lar alış qiy­mət­lə­ri­ni azal­da­raq on­suz da zə­if olan fer­mer tə­sə­r­rü­fat­la­rı­nı bo­ğur­lar. Döv­lət kənd­li­yə sa­hib dur­ma­lı­dır. Biz he­sab edi­rik ki, döv­lət in­sa­nın şəx­si işi­nə qa­rış­ma­ma­lı­dır, la­kin ay­rı-ay­rı və­tən­daş­la­rın tək­ba­şı­na həll edə bil­mə­dik­lə­ri prob­lem­lə­ri çöz­mə­yə borc­lu­dur. Döv­lət fer­mer­lə­rə əvəz­siz tex­ni­ki və ma­liy­yə yar­dı­mı ver­mə­li; aq­rar in­fras­truk­tu­ru bər­pa etməli; kənd­li­nin məh­su­lu­nun dün­ya ba­zar­la­rı­na çı­xa­rıl­ma­sı­na kö­mək et­mə­li­dir. Be­lə yar­dım üçün əla­hid­də və­sa­it də tə­ləb olun­mur. Dərin daxili böhran keçirən bu re­ji­mi tə­rən­nüm edən plakatlara, hey­kəl­lə­rə və dəb­də­bə­li id­man komp­leks­lə­ri­nə xərc­lə­nən və­sa­i­tin az his­sə­si ilə də bu prob­le­mi həll et­mək olar.

Əziz Həm­və­tən­lər!

2005-ci ilin par­la­ment seç­ki­lə­ri döv­lə­ti­mi­zin və mil­lə­ti­mi­zin gə­lə­cək ta­le­yi­ni mü­əy­yən­ləş­di­rə­cək qə­dər əhə­miy­yət­li­dir; bu seç­ki­lər, ola bil­sin, ya­xın 15-20 ilə Azər­bay­can üçün so­nun­cu şans­dır ki, re­ji­min bi­zə ha­zır­la­dı­ğı al­çal­dı­cı “Neft Mo­nar­xi­ya­sı” aqibətindən ca­nı­mı­zı qur­ta­raq. Əks təq­dir­də biz lə­ya­qət­siz və gə­lə­cək­siz bir cə­miy­yət­də ya­şa­ma­lı ola­ca­ğıq, qon­şu xalq­la­rın və dün­ya ic­ti­ma­iy­yə­ti­nin is­teh­za ob­yek­ti­nə çev­ri­lə­cə­yik.
Re­jim ic­ti­mai hə­ya­tın bü­tün sa­hə­lə­ri­ni to­tal nə­za­rə­tə gö­tür­mə­yə can atır. Biz bir­lə­şib on­la­ra ma­ne ol­ma­saq öl­kə­miz tez­lik­lə Or­ta Asi­ya dik­ta­tu­ra­la­rı­na bən­zə­yə­cək. Bu za­man ar­tıq öz­ba­şı­na­lıq və ədalətsizliklə qar­şı­la­şan sa­də və­tən­daş heç kim­dən kö­mək göz­lə­yə bil­mə­yə­cək, adi bir mə­mu­run, xır­da bir bü­rok­ra­tın qur­ba­nı ola­caq. Biz bü­tün qüv­və­lə­ri­mi­zi sə­fər­bər et­mə­li­yik ki, xal­qın sə­si par­la­men­tin di­var­la­rın­da inam­la və qə­tiy­yət­lə səs­lən­sin.
Bu seç­ki­lər­də biz bir­lə­şib Azər­bay­ca­nın de­mok­ra­tik gə­lə­cə­yi­nin əsa­sı­nı qoy­ma­lı­yıq.
Biz si­zi seç­ki gü­nü seçki mən­tə­qə­lə­ri­nə ça­ğı­rı­rıq! Si­zi öm­rü­nün ən gö­zəl il­lə­ri­ni və­tə­ni­mi­zin müs­tə­qil­li­yi­nə həsr et­miş və bu gün də əda­lət­siz­li­yə qar­şı mü­ba­ri­zə apa­ran in­san­la­ra səs ver­mə­yə ça­ğı­rı­rıq!
Biz sizi Azərbaycanı vətən yox, şəxsi mülk bilən adamlara qarşı səs ver­mə­yə ça­ğı­rı­rıq!  Biz si­zi Mo­nar­xi­ya­ya qar­şı, sizi Res­pub­li­ka­ya səs ver­mə­yə ça­ğı­rı­rıq!

Ya­şa­sın Res­pub­li­ka!

Yaşasın Azad­lıq!

Bir Döv­lət və Bir Mil­lət!



11 Mayıs 2013 Cumartesi

Eynulla Fətullayevin bu məktubu internet resursdan silinib (siliblər). Düşünürəm ki, "belə bir məktub olmayıb görüntüsü yaratmaq" həbsdən çıxma sövdələşməsinin tərkib hissisi olub. Məktubu o vaxt "Azadlıq" qəzəti çap etmişdi və saytda da yerləşdirmişdi. Qəzetin həvəsi olsa, arxivindən bu məktubun niyə silindiyinə aydınlıq gətirə bilər. Amma bizdə əlyazması da var :) hələlik məktubu yayaq, tələb olsa əlyazmanı da yerləşdirərərik. Öz bloguma yerləşdirirəm ki, heç kim silə bilməsin :) tarixi məktubdur. Eynulla indi rejimin köləsinə çevrilıib. Təklif edirəm ki, bu şedevr yazını ara-sıra paylaşaq. Seçim Eynullanındır, istəyər öz keçmişi ilə fəxr edər, istəyər xəcalət çəkər, mən qarışmıram.


Məhbus jurnalistin Əliyevə məktubu (Tam mətni)
06 Ağustos 2010


“Yaparteid rejiminin başçısı İlham Əliyevə məhkum Eynulla Fətullayevdən (23 saylı kamera) açıq məktub”
«Badələrimizi neftin sağlığına qaldıraq!» (Sergey Yesenin, 1925-ci il, Bakı şəhəri)
22 iyulda Azərbaycan Mətbuat Gününə həsr etdiyiniz çıxışdan sonra Sizə prezident deməyə dilim gəlmir. “Bağışlanmazdır!” – bu refrenlə çıxışı bitirən prezident Əliyev, artıq ikinci dəfə həbsimə bəraət qazandırmağa çalışdı. Ikinci uğursuz cəhd. Ilk dəfə – həbsimin birinci ilində daha az kateqorik və lakonik fikirlər səsləndirsəniz də, fəqət rezümə hamı üçün bəlli idi: “Belə jurnalistlərə nəinki jurnalistikada, heç cəmiyyətdə də yer yoxdur”. 8 fevral 2008-ci ildə bəyan edilən bu aqressiv çağırışın səbəbkarı da mən idim. Ancaq bu dəfəki çağırış heyrətamizdir: “Bağışlanmazdır!”.
Üçüncü ittihamla bağlı keçirilən məhkəmə prosesindəki sərbəst ifadələrimdə Strasburq məhkəməsinin bəraət hökmündən sonra Sizin 2003-cü il tarixli çıxışınızdan sitat gətirərək, siyasi əqidəsindən asılı olmayaraq bütün azərbaycanlıların prezidenti olacağınız haqda inaqurasiya vədinizi xatırladaraq, gecikmədən, tez bir zamanda azadlıq hüququmun bərpa olunacağına ümid bəsləmişdim. Lakin sizin cavabınız birmənalı oldu: “Bağışlanmazdır!”. Bu yerdə böyük yazıçı Stefan Sveyqin Mariya Stüart haqda yazdığı ölməz kəlamını günümüzün reallığına uyğun səsləndirərək, biz də birmənalı, kateqorik və lakonik şəkildə bir həqiqəti dilə gətirməliyik: Ilham Əliyev Azərbaycanın prezidenti oldu, fəqət o, Azərbaycan xalqının prezidenti ola bilmədi. Həm də Siz bağlı olduğunuz ərəb dəyərlərinin (mən hətta deyərdim, ərəb-əmir dəyərlərinin) aşıladığı orta əsr feodalizminin (Şərq despotizminin) başlıca hüquqi normasını dilə gətirdiniz – “Qanun şah deyil, şah qanundur”.
Onu da xatırladım ki, Strasburq məhkəməsinin barəmdə çıxartdığı bəraət qərarından sonra mənim bağışlanmağa ehtiyacım yoxdur. O qərarsız belə, mən bağışlanmaq istəmirəm, çünki millətimin və dövlətimin qarşısında heç bir suçum yoxdur. Avropa Məhkəməsinin (başında durduğunuz Azərbaycan da hələlik bu məhkəmənin yurisdiksiyası altındadır) qərarının 175-ci bəndində deyilir: “hər iki ittiham üzrə Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsi üçün əsas olmamışdır”. Aydın deyilmi?
Inşallah, üçüncü ittiham üzrə də – Sizin administrasiyadan mənə göndərilən “sarımtıl bükümlə” bağlı qərar eyni olacaq. Son cümlənin əvvəlində Ulu Tanrının adına bağladığım ümidə səsləndim. Bu da təsadüfü deyil. Həm 2003-cü ildə Müsavat başqanı Isa Qəmbərin haqlı qələbəsini oğurladıqdan sonra, həm də 2008-ci ildə Aydınlar Partiyası və digər siyasi bakteriyalar üzərində çaldığınız təntənəli qələbədən sonra Siz Ana Yasaya və ən əsası isə, Qurani-Kərimə əl basaraq hər bir, təkrar edirəm, hər bir azərbaycanlının prezidenti olacağınıza söz vermişdiniz. Ana Yasadan söz açmayacağam – bu kitabın öldürülmüş səhifələrini Prezident Administrasiyasının sanitar qovşağının boruları ilə Xəzər dənizinə axıdıblar. Bizim real Ana Yasamız isə indi daha çox dəftərxana ləvazimatlarının istifadəsi üçün nəzərdə tutulan instruksiyalara bənzər maraqsız, boz, sönük və statistik rəqəmlərdən ibarət yorucu çıxışlarınız və “fəlsəfə akademiki Mehdiyev” təxəllüsü altında istedadsız kompilyatorlar tağımının “elmi kokofoniyasından” ibarətdir. Ancaq Qurani-Kərim… Müsəlmanların bu müqəddəs kitabını vərəqləyərkən, demək olar, hər səhifəsində: “Ulu Tanrı bağışlayandır və bağışlayanları sevir” kəlamına rast gəlmişəm. And içdiyiniz bu Kitab “bağışlanmazdır” kimi kateqorik mülahizələrdən uzaqdır. Başqa dini kitablarda da Tanrı insanları mərhəmətə və humanist ideallara səsləyir. Ancaq orada başqa həqiqətlər də var. Məsələn, “Bağışlanmazdır” kimi kateqorik mülahizələrin axtarışı ilə məhbəs həyatımı zənginləşdirərkən, qədim Incildə Solomon çarının vəliəhdi Ravoam çarının xalqına münasibətini əks etdirən maraqlı tarixi səhnə ilə qarşılaşdım. Solomonun istibdadından təngə gəlmiş xalq kütləsi Rovoamdan mərhəmət diləyir. Ravoam isə çağırışlara cavab olaraq xalqını hədələyir: “Atam sizi qamçılarla cəzalandırırdısa, mən sizə əqrəblərlə əzab verəcəm”. Bax, bu misal “Bağışlanmazdır” silsiləsindəndir.
Bir insan və Ulu Tanrı. Bu, artıq çoxluqdur!
“Bağışlanmazdır” hökmü daha çox qəddar Roma imperatoru Kaliqulaya məxsusdur. O da seçkiləri saxtalaşdırmaqdan yorulmuşdu. Seçkilərdən və bu tamaşada iştirak edən insanlardan o qədər bezmişdi ki, nəhayət, Senatın üzvlüyünə öz atını təqdim etmişdi.
“Bağışlanmazdır” hökmü daha çox öz məharətsiz teatral tamaşaları ilə tarixdə iz qoymuş Neronu cuşa gətirirdi. O, sonda Romanı da bağışlamadı. Qədim şəhərin unikal arxitekturasını öz estetik zövqünə qurban verdi. Roma və romalıları külə çevirdi. Və dəyişiklik küləyi qəddarlıqdan doğan külü dünyaya səpdi. “Qəddarlıq külünün” toxumlarından dünyada yeni-yeni qəddar dövlətlər əmələ gəldi… Şərqdə Teymurləng və Çingizxan, Qərbdə Burbonlar və Stüartlar, Avrasiyada Romanovlar bağışlamağı sevmirdilər. Sonda xalqlar da onları bağışlamadı.
“Bağışlanmazdır” Adolf Hitlerin tez-tez işlətdiyi ittiham idi. Sizdən fərqli olaraq Hitler “bağışlanmazdır” kəlamının mərhəməti təlqin edən xristianlığın dəyərlər sisteminə zidd olduğunu aydın təsəvvür edirdi. Sadəcə, Hitler nasional-sosialist olaraq insan azadlığına o qədər nifrət edirdi ki, sonda bu nifrət və inkar Ulu Tanrıya da münasibətdə təzahür olunurdu.
Hitler və nasional-sosializm, eyni ilə Stalin və bolşevizm kimi tarixi iflasa uğradı. Tarixi ədavəti, siniflər və xalqlar arasında müharibəni təlqin edən tarixi iflasa uğramış bu mağara ideologiyalarının hərəkətvericiləri Osvensimdə məhv edilmiş Ditrix Bonxofferin tükürpədici etirafını inkar edirdilər. Axı Ditrix totalitar ideologiyalara səslənirdi: “Bir insan və Ulu Tanrı. Bu, artıq çoxluqdur!”. Bu kəlamı unutmayın, bundan sonra heç bir halda, hətta Qüdrət Həsənquliyev üzərində qələbə çalsanız belə Qurani-Kərimə, Incilə, Tövrata və hətta Avestaya əl basmayın. Bu kitablarda “bağışlanmazdır” fəlsəfəsi yoxdur.
Parlaq natiq və istedadlı şair Rəcəb Tayyib Ərdoğandan, müasir elmi təfəkkürə malik və parlaq hüquqşünas Dmitri Medvedevdən, siyasi innovasiyaların lokomotivi Mixail Saakaşvilidən fərqli olaraq Sizin çıxışlarınızı nə dinləmək, nə də oxumaq olur. Bu çıxışlarda bir çox yorğunluq, darıxdırıcı aura, özünüinkar var. Siz ancaq hiddətlənəndə maraq kəsb edirsiniz. Kin içində boğularaq Siz hisslərinizi cilovlamaqda acizlik çəkib iç dünyanızı bütün dünyaya nümayiş etdirirsiniz (Yeri gəlmişkən, aciz sözündən inciməyin, həbsimdən sonra məqalələrimin birində işlətdiyim “Aciz məmləkətin aciz prezidenti” kəlməsinin hissiyyatınıza toxunduğunu mənə söyləyiblər. Inciməyin! Məhbusdan inciməyə dəyməz – axı məhkumlar yeganə zümrədir ki, onlara sehrli günlərin hədiyyəsindən pay düşmür).
22 iyulda – azad mətbuat günündə Siz bütün dünyaya car çəkdiniz: “Jurnalist Dağlıq Qarabağda müsahibə götürə bilməz!”. Izninizlə soruşum – bu haqda hansı qanunda yazılıb? Bu harada müəyyən olunub? Bunu hansı qanunvericilik müəyyən edib? Axı dövlətimizin üzv olduğu Konvensiyalar, nəhayət, beynəlxalq hüquq informasiyaların məhdudiyyətsiz yayımını şərtləndirir, müəyyən edir! Sizin bu əmriniz azadlığa, jurnalistlərin azadlığına və müstəqil mətbuata əsl münasibətin bariz nümunəsidir. Siz jurnalistə əmr edə bilməzsiniz. Oxucuya nəyin maraqlı olub-olmadığını Siz yox, mən müəyyənləşdirirəm. Bu, mənim hüququmdur. Bu, mənim haqqımdır. Və heç bir şah, kral, totalitarizm, inzibati-amirlik sistemi bu haqqı mənim əlimdən ala bilməz. Mən kölə deyiləm, azad insanam. Yanıla bilərəm, fəqət yanlışlıqlarımda da həqiqət axtarmışam. Sizin əldəqayırma, oyuncaq məhkəmələrinizdən fərqli olaraq, ədalətin yüksəkliyində ucalan Strasburq məhkəməsi qərara alıb: “Eynulla Fətullayev həqiqəti axtarmaqda sərbəstdir. Onun bu hüququ əlindən alına bilməz”. Kim Sizə beynəlxalq məhkəmənin iradəsinə qarşı getmək haqqı verib?
22 iyulda Siz bəyan etdiniz: “Jurnalistə heç bir halda immunitet verilməyib”. Siz ona görə jurnalistin immunitetini inkar edirsiniz ki, diktaturanın immunitetinin möhkəmlənməsi üçün azad fikir boğulmalı, ictimai təfəkkür isə məhv edilməlidir. Məmurlar, sizin keçmiş müavininiz Sirus Təbrizli demişkən, simasız quldurlara, xalq isə simasız kütləyə çevrilməlidir. Məhz bu ulu məqsəd naminə Siz jurnalistin immunitetini məhv etmək istəyirsiniz. Çünki Sizin qayəniz diktaturanın immunitetini qaldırmaqdır. Əslində, bu avtoritar rəhbərin totalitarizmə çağırışıdır. Azərbaycan kimi zəngin dövlətin bir ailənin şəxsi xammal koloniyasına çevrilməsi üçün 70-ci illərin sovetist-heydərçi modelinin bərqərar olunmasından da rahat-məxməri yol tapmaq olarmı? Bu modeli daha da təkmilləşdirib, onu siyasi quldurluq sisteminə – Yaparteidə qədər modernləşdirərək, öz xalqını məğlub etməkdən asan nə var ki? Xammal Koloniyasının tam itaətkarlığı üçün xammal iqtisadiyyatı təşəkkül tapmalı, yəni bütövlükdə xalq bir mənbəyə – hakimiyyətin işğal etdiyi neft quyusuna gözünü dikməlidir. Xammal iqtisadiyyatının cəmiyyətimizə ən böyük təhlükəsi individualizmin inkar edilməsidir, individualizmin gərəksiz Avropa dəyərlərinin qalığına çevrilməsidir. Insanların həyatının bütövlükdə mərkəzləşməsidir. Və nəticə etibarı ilə insanın fərdi azadlığının rudimentə çevrilməsidir. Sizin, Ilham Əliyev, 22 iyul çıxışınız fərdi insan azadlığına, liberalizmə qarşı çağırışdır, bir müharibədir, təhqiramiz münasibətdir.
Atanız Heydər Əliyev ciddi siyasi səhvlərə yol verirdisə (fundamental azadlıqlara geniş meydan vermişdi – insanların söz azadlığı və sərbəst toplaşma azadlığı təmin edilmişdi), siz bu cür siyasi sapmalardan sığortalanmısınız – böyük neft pulları çoxluğun ağzını yummağa kömək edir. Ancaq Sizin hakimiyyətinizin strateji inkişaf xətti yoxdur. Mehdiyev sifətli axsaq dövlətçilik ənənəsi qazanılsa da, tarixi məsuliyyət hissi tamamilə itirilib. Keçmiş Təhlükəsizlik Şurasının üzvlərindən maraqlana bilərsiniz. Mehdiyev-Fatma Abdullazadə cütlüyü – Sizin 22 iyulda eyham vurduğunuz xarici qüvvələrin ən təhlükəlisinin 5-ci kolonnası tez-tez Heydər Əliyevin demokratiya və liberal dəyərlər kimi mütərəqqi çağırışları ilə hakimiyyəti yorub küncə sıxan Avropa Şurası ilə münasibətləri kəsməyə inandırmaq üçün hər vəchlə çalışırdı. “Axı Belarus və Orta Asiya ölkələri Avropasız keçinirsə, biz nədən bu “axsaq qapıdan” özümüzü asılı vəziyyətə salmalıyıq” – kimi arqumentlərə cavab verən müdrik diktator çox ustalıqla bu cür sərsəm fikirlərə münasibətini açıqlamışdı: “Indi 70-ci illər deyil. Lukaşenko olmaq asandır. Hünər istəyirəm ki, Heydər Əliyev olasan!” (Bu müzakirəni mənə Təhlükəsizlik Şurasının keçmiş üzvlərindən biri nəql etmişdi).
Doğrudan da Heydər Əliyevin yaratdığı psevdodemokratiya (illüziyalı və imitasiya tipli demokratik sistem) yaradıb idarə etmək üçün böyük siyasi məharət və sadəcə istedad tələb olunur. Ulu Tanrı Sizi, Ilham Əliyev, bu istedaddan məhrum edib. Ona görə də Siz Lukaşenkonun yolunu tutdunuz. Lukaşenkodan fərqli olaraq Sizin neftiniz və pulunuz var. Bir fərq də var – sadəlövh belaruslar öz diktatorunu sevir. Ancaq Azərbaycan xalqı Sizi sevmir. Kütləyə çevrilən xalq Sizin amansız aqressiya maşınınızdan qorxur.
Bu qorxunu sındırmaq isə bizim, ziyalıların vəzifəsidir. Gertsen yazırdı: “Ziyalılar xalqın ağrısının ifaçısıdır”. Klüçevski davam edirdi: “Xalqın özü də yaralarını sağalda bilər. Bədbəxtçilikdən, xalq bu yaraların ağrısını duysa da, öz bədənində yaraların yerini tapmaqda acizdir. Bu yaraların yerini tapıb xalqa göstərmək də məhz ziyalıların vəzifəsidir”. Biz xalqın yaralarından yazırıq, Siz isə bizim ağzımızı yumursunuz. Biz təhlillər aparırıq, Siz isə bizim təhlillərimizi mühakimə kimi qəbul edirsiniz. “Totalitar dövlətlərdə təhlil mühakimə kimi qəbul edilir, totalitar dövlətlərdə çalışın hakimiyyəti tərifləyin” – bu fikir isə Pasternaka məxsusdur. Siz 22 iyul çıxışınızda 8 telekanaldan, 30 gündəlik qəzetdən bəhs edərkən, jurnalistlərə səsləndiniz – bizi tərifləyin, biz Sizə evlər hədiyyə edəcəyik…
Lakin gecikmisiniz, çox gecikmisiniz. Siz də, qocaman bolşevik Mehdiyev də. Epoxalar qayıtmır, epoxalar istəmədən bizi tərk edir. Siz, totalitarizmin nişanəsiniz, hakimiyyəti də özününküləşdirən atanızdan varisliklə almısınız. Bolşeviklər əndazəni aşmazdılar, məhz ona görə də Siz qırmızı totalitarizmin rəngsiz kölgəsi bu məmləkətə 90-larda qayıtmısınız, Siz istəmədən, yavaş-yavaş bizi tərk edirsiniz. Tarix Sizə qarşıdır, tarixi inkişaf Sizi inkar edir. Ola bilsin ki, Siz bundan sonra da 17 il də hakimiyyəti qoruyasınız. Lakin nəticə indidən məlumdur. Bolşevik təfəkkür tərzi Sizin simanızda karbohidrogen təfəkkür tərzində yenidən zühur etsə də, məğlub olan ideologiyanın (daha doğrusu ideologiyasızlığın) siyasi həyat uğrunda konvulsiv çarpışmaları heç bir nəticə verməyəcək.
Heç neft pulları hesabına yetişdirdiyiniz yeni sosial istehlakçı və mənsəbpərvər nəsil – mən bu nəsli Yappi adlandırıram (hippinin əksi kimi) – Yaparteidin – insanları siyasi və fəlsəfi baxışlarına görə deqreqasiyadan keçirən murdar rejimin dayağı rolunda çıxış etməkdə acizlik çəkəcək. Bilirsinizmi nəyə görə? Siz bu suala 22 iyulda çıxışınızda cavab verdiniz: internetin gücü və hüdudsuz təsiri nəticəsində XXI əsr müasir informasiya texnologiyaları əsridir. Və bu mübarizədə Siz və Ramiz Mehdiyev Bill Geytslə Sergey Brina məğlub oldunuz. YAP partiyası isə “Google” qarşısında duruş gətirə bilmədi.
Siz neftodolların xülyasına aldandınız. Ilk baxışda Sizi başa düşmək olar – özününkünləşdirdiyiniz dövlətin ehtiyatında 25 milyard dollar, şəxsi hesablarınızda bundan iki, bəlkə də üç qat çox neftodollarlar piramidası ucalır. Bu qədər pulun və qulun əhatəsində Siz özünüzü dünya ilə bərabər ölçüdə təsəvvür edirsiniz. Bu sınaqdan çıxmaq isə hər oğulun işi deyildi. Afrikadakı Aparteid rejiminin, Iranda Rza Pəhləvinin, Latın Amerikasında Stresnerin, Somosaların, Dokların, Truxilyonun (siyahını çox uzatmaq olar) tarixi səhvindən sığortalanmaq üçün sadəcə dünyaya yeni işıq kimi saçan Avropa dəyərlərinin və bu dəyərlərin bəxş etdiyi azadlığı dərk edib, qəbul edib azərbaycanlılarla paylaşmaq gərək idi.
Azərbaycanlılar – böyük tarixi müsibətlərdən çıxmış, əzilmiş, tapdanmış, hər bir tarixi mərhələdə haqqı əlindən alınmış məzlum millət hər bir halda azadlığa və Avropa dəyərlərinə layiq idi. Bəlkə də gürcülərdən daha çox layiq idi. Ancaq Siz, Ilham Əliyev, Muğam Teatrının açılışında (maraqlıdır niyə məhz Muğam Teatrının açılışında?!) öz siyasi yolunuzu, maliyyə maraqlarınızı, öz ailənizin fərdi xoşbəxtliyini hər şeydən uca tutaraq bəyan etdiniz: “Biz Avropa dəyərlərinə hörmətlə yanaşırıq. Lakin bu dəyərlər bizə yaddır. Bizim öz dəyərlərimiz var”. Sizin heç Avropa dəyərlərinizdən xəbəriniz varmı? Bu universallaşmış dəyərlərin əsaslandığı, bəhrələndiyi sosial-fəlsəfi cərəyanların, Russo və Monteskye, Peyn və Cefferson ideyaları, ensiklopedistlərin idealları, Avropa və Amerika siyasi mədəniyyətinin təşəkkülünə aparan keşməkeşli və tikanlı yollardan, bu ideallar uğrunda həlak olan insanlardan məlumatınız varmı? Oxumusunuzmu? Oxumamısınızsa, çox pis, lakin oxuyub bu cür asanlıqla zərərli fikirlər aşılamaqla öz reputasiyanıza xələl gətirməkdən başqa heç nə etmirsiniz. Müasir və artıq universallaşmış bu dəyərləri Avropanın ən parlaq siyasətçilərindən olmuş Violli Brandtan aydın və lakonik tərzdə ifadə edən olmamışdır: “Azadlıq, Ədalət, Bərabərlik və Həmrəylik”.
Məgər Azadlıq bizim xalqa yaddırmı?
Məgər Ədalət hər bir azərbaycanlıya doğma olan dəyər deyilmi? Məgər bu gün Azərbaycan Qarabağ məsələsində dünyadan ədalət tələb etmirmi?
Məgər bərabərlik kimi (burada marksistlərin təlqin etdiyi sosial bərabərlik deyil, ictimai demokratiya və liberalizm tərəfdarlarının təbliğ etdiyi hüquqi bərabərlikdir) fundamental dəyəri azərbaycanlılar inkar edirmi?
Və nəhayət azadlıq, ədalət və bərabərlik uğrunda müqəddəs mübarizədə həmrəylik tələb olunmurmu? Bəs onda hansı haqla bu dəyərlərin milli məfkurəmizə zidd, xalqımıza yad olduğunu bütün dünyaya elan edirsiniz?
Bəs bu dəyərlərə alternativ hansı dəyərləri təqdim və təklif edə bilərsiniz? Siyasi şiəçiliklə pərdələnmiş ayətullahların Xomeyni dəyərlərini – öz xalqının azadlıq səsini boğub, seçkiləri saxtalaşdırıb, hakimiyyəti qəsb edərək dünyadan təcrid olunmuş Tehranın paniranizm dəyərlərinimi? Bəlkə 5-ci dəfə prezidentliyə öz namizədliyini irəli sürmüş və Tunisi regionun lider dövləti elan etmiş bir prezidentin dəyərlərini? Bəlkə Hüsnü Mübarək və ya Əsədlər kimi hakimiyyəti şəxsi maraqları məngənəsinə çevirmiş diktatorların dəyərlərini? Bəlkə Qərbdən 3-4 əsr geridə qalmış Küveyt ərəb-əmir ictimaiyyətinin riyakar dini dəyərlərini?
Axı Siz nə təklif edirsiniz bu məmləkətə? Bu dəyərlərin fəlsəfi əsaslarını təqdim edə bilərsinizmi? Bəlkə söhbət vaxtı ilə Drezdendə çalışmış uğursuz DTK-çı Vladimir Putinin bəslədiyi suveren demokratiyadan gedir? Ramiz Mehdiyevin cidd-cəhdlə təbliğ etdiyi suveren demokratiyanın Rusiyanı dünyanın xammal əlavəsinə çevirib və Rusiyanın prezidenti Medvedev ölkəsinin iqtisadi, elmi, texnoloji, hərbi-sənaye cəhətdən gerilədiyini, düşdüyü biabırçı geoiqtisadi mövqeyindən pərtlik içində bəhs edir. Rusiya düşdüyü bataqlıqdan yollar axtardığı vəziyyətdə, Ramiz Mehdiyev Surakovun 10 il əvvəl səsləndirdiyi tezisləri bu gün Azərbaycan üçün aktual hesab edir. Medvedev Amerikanın elmi inqilabının Kremniyev ocağının Skolkovada əkizini yaradır, Avropa Birliyi ilə birgə ölkəsinin modernləşməsi üçün yardım proqramlarını hazırlayır, biz isə Putinin başlanğıc erasına qayıdırıq? Budurmu bizim dəyərlər?
Siz Azərbaycanı dünənə də yox, srağagünə qaytarmaq arzusunda bulunursunuz. Və bu rüsvayçı cəhdinizə uğur gətirmək üçün yalançı vətənpərvərlikdən istifadə edib, sadəcə iki tam müstəqil anlayışları – hakimiyyət və vətəni bir nöqtədə birləşdirməklə şəxsi hakimiyyət rejiminizə təhlükə törədən insanların vətənə qarşı çalışdıqlarını da cəmiyyəti inandırmağa çalışırsınız. Totalitar rəhbərlərin klassik düşüncə tərzidir. Həmişə belə olub, bizdən əvvəl də…
Sonda Sizdən bir xahişim var. Eyni zamanda bu həm də dəyərli bir məsləhətdir. Avropa Məhkəməsinin “sarımtıl bükümlə” bağlı qərarından öncə növbəti cinayət işi qaldırmağa ehtiyac qalmır. Qaradağ Rayon Məhkəməsinin növbəti qərarını birbaşa cəzaçəkmə məhkəməsinə göndərə bilərsiniz. Məni də, ədliyyə polisini də, DIN-in müstəntiqlərini və hakimləri də əziyyətə salmağa dəyməz. Stalinin vaxtında bu cür edirdilər. Arzuolunmaz məhkumun cəza müddəti bitəndən sonra bir-iki ay öncə NKVD-nin zabitləri hazır məhkəmə hökmünü birbaşa vaxta da təqdim edirdilər. Inanmırsınızsa, Ramiz Mehdiyevdən soruşun, o, Sizə dəqiq izah edəcək. Ona inanmasanız, Sizə Soljenitsinin “Arxipelaq Qulaq”ını göndərərəm – orada bu mexanizm dəqiq təsvir edilib. “Arxipelaq Qulaq”ı oxumaq olar, bu yaxınlarda Medvedev bu kitabı orta məktəblərin tədris planına əlavə edib.