Bu Blogda Ara

27 Mart 2012 Salı

Bu yazını 29 mart 2006-da yazmıışam. Arxivi qarışdırırdım, qarşıma cıxdı. bir sıra   məsələlər reallaşıbmış artıq :))))

İran İslam Respublikası (Jomhuri-ye Eslami-ye İran)
İran cənub qərbi Asiyada yerləşir. Türkiyə, Azərbaycan,
 Ermənistan, İraq, Pakistan, Əfqanıstan və Türkmənistan
 ilə quru  sərhədləri var. Paytaxtı Tehran şəhəri.
Dövlət dili: Fars dili
Dini lider: Əli Xamneyi
Prezident: Mahmud Əhmədinecat
Ərazisi: 1.648.195 km­­­2 (dünyada 17-ci)
              Iran ərazisinin  53% səhradır.
             Şımalda Kavir  ve  cənubda Lut səhrası.
Əhalisi: 69.018.924 (dünyada 18-ci
Pul vahidi: Rial: 8.650 : 1$
 Etnik tərkibi
İran əhalisinin etnik tərkibi haqda rəsmi məlumatlar mövcud deyil.
 Əksər araşdırmalılara görə ilk sırada Farslar (51%), ikinci sırada
Azəri Türkləridir(24%). 5-7% Gilaki – Mazandarani və Kürdlər,
 3 – 4% Türkmən (Türkmənistanla sərhəddə), Ərəb (xüsusən də Fars
 Körfəzi sahili boyu ərazilərdə) və belucilər (Pakistanla sərhəddə),
 2 – 3% Lur və Qaşqay ( Şirazda yaşayan köçəri Türk tayfası)
 və bir ovuc da Erməni (1%) .
            Dini tərkibi:
İslam – Şiə 90%, Sünni 9%.
                                   Zərdüşt, Behayi və Digərləri 1%
ƏSAS ŞƏHƏRLƏRİ
Tehran: 12.7 milyon
                                   Məşhəd: 3.9 milyon
İsfahan: 3.2 milyon
Təbriz: 2.1 milyon
Şiraz: 2 milyon






İRAN + URAN = VİRAN

Dünyada baş verən böyük dəyişikliklər ABŞ-ı yeganə super güc halına gətirib. ABŞ da, öz növbəsində dünyanın hakimi olma hədəfini reallaşdırmaq iddiasını, dəyişən dəyərlərə görə qlobal və regional siyasətlər tətbiq etməklə ortaya qoymaqdadır. Artıq planetin heç bir məsələsi ABŞ-ın müdaxiləsi olmadan həll edilə bilməyəcək vəziyyətdədir. Bütün bunların nəticəsi kimi  təkqütblü dünyanın lideri sifəti ilə ABŞ, idarə etdiyi dünya və regional siyasətləri, xüsusilə də 11 sentyabr hadisəsindən sonra Əfqanıstana, ondan sonra Əfqanıstandan fərqli olaraq yetərli beynəlxalq dəstək almadan İraqa etdiyi hərbi müdaxilə ilə birlikdə “hegemoniyadan imperatorluğa” doğru dəyişməyə başlamışdır. Bu imperatorluq anlayışına, ABŞ-ın “yeni təhlükəsizlik strategiyası” çərçivəsindəki proqnozları və atdığı addımları da əlavə etsək, üstəlik ilk başlarda Rusiya və Çinin susqunluğundan da istifadə edərək bu regiona bir daha çıxmamaq şərtilə yerləşmək fürsətini qazandığını və məlum “Avrasiyanın fəthi” (Böyük Orta Şərq Planı) planını da işə saldığını nəzərə alsaq yaxın gələcəkdə ABŞ-ın özünün də bu termindən xoşu gəlməyə başlayacağını söyləmək olar.
ABŞ-ın bu böyük məqsədləri və niyyətləri BÖYÜK ORTA ŞƏRQ PLANI deyilən tərkibində nəyin olduğu isə heç kimə məlum olmayan termin – layihənin arxasında gizlidir.
Bu layihə özündə nəyi---hansı strategiyanı, hansı taktiki gedişləri  ehtiva edir?  (məşhur xarici ekspertlərin birindən bu layihənin nə olduğu haqda soruşublar, o isə cavabında deyib: bunu heç Ağ evdə bilmirlər, mən haradan bilim).
  Layihənin fəlsəfəsində geniş bir siyasətin olduğu,keçmişdən qaynaqlandığı və hətta daha öncə müəyyən edilən bir strategiya ilə yenidən aktuallaşdırıldığı haqda çoxlu rəylər mövcuddur. ABŞ tərəfindən ortaya atılan və dünyanı nəzarət altına almağı hədəfləyən bu konsepsiyanın iki əsas məqsədinin olduğu qeyd edilir: 1. Enerji qaynaqları və bunun nəqli yollarını nəzarətə götürmək; 2. Terror, narkoticarət, silah qaçaqmalçılığı, kütləvi miqrasiya hərəkətləri və kütləvi qırğın silahlarının (nüvə) yayılması kimi təhdid faktorlarının qaynaqlandığı  region olaraq qəbul edilən Orta Şərq, Afrika və Avrasya qovşağı ölkələrinə demokratiya, dünyəvi dövlət sistemi, sərbəst ticarət və azadlıq gətirib, bu ölkələrin qərb dünyasına inteqrasiyasını təmin etməklə daha effektli nəzarət imkanı əldə etməkdir. ABŞ, məhz bu yolla özünə, İsrailə və “Azad Dünya”ya olan təhdidin qarşısını almağı düşünür.
Bu layihə hələ Bill Klintonun zamanında iqtisadi əlaqə, sosial və mədəni yolla təsir göstərərək regionu nəzarət altına almağı hədəfləyən “yumşaq” bir strategiya ilə, oğul Buşun zamanında isə (11 sentyabr hadisəsinin də təsiri ilə) “güc diplomatiyası” strategiyası şəklində tətbiq edilməyə başlanılıb. Layihənin çərçivəsinə Tunis, Əlcəzair, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, İsrail, Livan, İordaniya, Suriya, İraq, İran, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Orta Asiya ölkələri, Pakistan, Əfqanıstan və Banqladeş aiddir. Sənəd əsasən müsəlman ölkələrini əhatə edir və demokratikləşməni ön planda tutur.
Əslində isə bu konsepsiyasının daha keçmişə aid olduğu, həm də başlanğıcda İngiltərə, (imperiyaların neft siyasəti dövrü, XX əsrin əvvəlləri) daha sonra İsrail layihəsi olduğu müxtəlif siyasi mərkəzlər tərəfindən ifadə edilməklə bərabər, layihənin bugünkü şəkli ilə  ABŞ layihəsi olduğu hər kəsə məlumdur. Bu konsepsiyanın soyuq savaşın sona çatmasından az sonra, qeyri-müəyyənliyin və risklərin artdığı və beynəlxalq sistemdəki güc balansının pozulduğu, asimmetrik güclərin həm beynəlxalq, həm də regional müstəvidə mübarizə vasitəsi olaraq antiterror siyasətini prioritetə çevirdiyi dövrdən etibarən aydınlaşmağa, bir müddət sonra da tətbiq edilməyə başlanıldığı qeyd olunur. Bu başlanğıc 11 sentyabr sonrası Əfqanıstan əməliyyatı ilə daha da aydın görünür. Bu siyasətin davamı olaraq ABŞ Orta Şərqdə İraqı hərbi müdaxilə üçün ən uyğun ölkə kimi dəyərləndirib, bu ölkəni özü üçün plasdarm vəziyyətinə gətirdikdən sonra İran, Suriya və Əfqanıstana müdaxiləsi zamanı münasibətləri zəifləmiş Səudiyyə Ərəbistanını da tam təsir altına ala biləcəyinə əmindir. Şimali Afrika ölkələrindən isə münasibətləri ən gərgin olanı Liviya haqda da bir sıra tədbirlər ABŞ-ın gündəliyindədir.

İranın nüvə texnologiyasını inkişaf etdirməsini istəməyən və “şər üçbucağı” çərçivəsinə əsaslanaraq İranı nüvə silahı istehsal etməkdə günahlandıran ABŞ-ın istədiyi, ilkin mərhələdə nüvə dosyesinin  BMT TŞ-na göndərilməsi və İrana embarqo tətbiq edilməsinə nail olmaqdan ibarətdir. İranın Nüvə Silahlarının Yayılmaması haqda Müqavilədəki hüquqları çərçivəsində nüvə enerjisi fəaliyyətini davam etdirmə haqqına sahib olduğu reallıq kimi qəbul olunsa da, azad dünyanın ictimai rəyi İranın nüvə texnologiyasını inkişaf etdirmə fəaliyyətini dayandırması və beynəlxalq ictimaiyyətdə inam yaratmadan uranın zənginləşdirilməsi proqramına öz ölkəsi daxilində davam etməməsi şəklində qəti və birmənalıdır. Sənaye sahəsində uranın zənginləşdirilməsi proqramını təxirə salacağını, amma tədqiqat məqsədli (aşağı səviyyəli) uranın zənginləşdirilməsi proqramını davam etdirəcəyini açıqlayan İranın nüvə dosyesinin BMT TŞ-də müzakirə edilməsinə 8 mart 2006 tarixində qərar verilmişdir. Hər nə qədər insiativ TŞ-yə verilmişdirsə də, ümumi qənaət məsələnin diplomatik üsullarla həll edilməsi şəklindədir.
Vaşinqtonun İrana (İranın Vaşinqtona bir az da artıq) nifrət etdiyi hər kəsin məlumudur. ABŞ 11 sentyabrdan sonra hər fürsətdə İranı hədələdi. İrana silahlı müdaxilənin hər an ola biləcəyini dəfələrlə söylədi, İran xalqını rejimə qarşı üsyana çağırdı və s. Birbaşa Prezident Buş, Dövlət Katibi, Müdafiə Naziri açıq şəkildə İranı hədəf göstərdi, “şər üçbucağının” əsas halqası elan etdi. Bütün bu xəbərdarlıqlara və hədələrə rəğmən ABŞ-ın İranı vurması ehtimalı bir çox ekspertlər tərəfindən elə də ciddiyə alınmadı. Səbəb kimi İraqdakı uğursuzluq göstərilir. Buşun İraqda ikinci Vyetnamı yaşadığı və İrana hücum etməyə cəsarəti çatmayacağı iddia edilir. Amma nə Amerikanın İraqdakı varlığı təkcə Buşun siyasətidir, nə də İraqdakı uğursuzluq İrana müdaxiləyə mane ola bilər. Çünki ABŞ-ın İraq və İranın da daxil olduğu Orta Şərq siyasəti II dünya müharibəsindən sonra hər hansı ciddi dəyişikliyə uğramamışdır. Üslubdakı dəyişikliyə baxmayaraq Buşun İraq, İran, Suriya siyasəti Karterdən Klintona qədər heç bir prezidentin təməl hədəfləri ilə ziddiyyət təşkil etməmişdir. Hər zaman əsas məqsəd bölgəyə hərbi bazalar yerləşdirmək olmuşdur. Bütün dünyada 700-dən artıq (məlum olan) hərbi bazası olan ABŞ üçün Bəsrə Körfəzi ən vacib bölgələrdən biridir. Körfəz savaşından əvvəl ABŞ-ın bu regionda hərbi bazası olmayan iki ölkə vardı; İraq və İran... İndi ABŞ-ın İraqda hərbi bazası var. Bu, İran üçün də ipucu verir.

SINAQDAN KEÇMİŞ TAKTİKA
ABŞ hərbi əməliyyatları daha çox kiçik və müdafiəsi zəif ölkələrə tətbiq edir. İlkin hədəf ölkənin müdafiə sistemini və iqtisadiyyatını çökdürməkdir. II dünya müharibəsindən sonra Hondurasdan İraqa qədər bütün əməliyyatlar bu cür nümunələrlə doludur. Vyetnamı “iş qəzası” saymaq olar. Bu səbəbdən İrana ani bir müdaxilə və işğal gözləmək doğru deyildir. Amma ABŞ-ın bu yola baş vurmayacağı İrana hərbi müdaxilə etməyəcəyi mənasına da gəlmir. Əslində İran, İran – İraq müharibəsindən bəri “Kontrollu müdaxilə” altındadır. Müharibədə Səddamı dəstəkləyən, ona kəşfiyyat məlumatından tutmuş, silaha qədər hər cür yardım edən ABŞ bununla İranın müdafiə sistemini və iqtisadiyyatına zərbə vurub. Əgər İran İraqla savaş etmiş olmasaydı, indi müəyyən mənada, bəlkə də güclü bir İrandan danışmaq olardı. Eyni taleni İraqda yaşadı. Əvvəl İranla savaşda zəifləyən İraq ardından borc bataqlığına saplandı və Körfəz savaşında ilkin olaraq hava qüvvələri məhv edildi. 1990-cı illərin sonuna qədər ata Buş və Klinton mütəmadi olaraq İraqı havadan bombaladılar. Embarqo öz işini gördü. Hətta ehtiyat hissələri çatışmazlığından  zirehli texnikalar belə metalloma çevrildi. Beləliklə 2003 savaşına Səddam demək olar ki, “dayandoldurumla” başladı.
Bu çərçivədə önümüzdəki günlərdə İranı köçdürmə əməliyyatları sürətlənəcəkdir, ara-sıra bu əməliyyatlara od-alov da əlavə oluna bilər; hava hücumu, bəzi təsislərin vurulması, İranın Körfəzdəki iqtisadi maraqlarına zərbə vurulması və gözlənilən bir embarqo ABŞ-ın İran dəftərində ilk səhifədə yer alır. Xüsusilə də beynəlxalq ictimaiyyətin dəstəkləyəcəyi embarqo İrana ölümcül zərbələr vuracaqdır.

YENİ TAKTİKA

Az əvvəl söylədiyimiz kimi ABŞ-ın İran əməliyyatı çoxdan başlayıb və yaxın müddətdə diplomatik yollarla və silahlı müdaxilə ilə davam edəcək. Nə zamana qədər davam edəcək? İran ABŞ-ın “Qlobal İstəyinə” itaət edənə, ən azından meydan oxumasına son verənə qədər. ABŞ İranı köçdürmə əməliyyatına davam edərkən, son zərbəni vurmaqda üç müxtəlif taktiki gedişə sahibdir.
1. İsrail – İran qarşıdurması; ABŞ regional münaqişələrdə heç bir zaman İsraili önə vermədi, İsraili təhdid edən ölkələri şəxsən özü cəzalandırdı. İraq və Livan bunun bariz nümunələridir. Çünki 1970-ci illərdə qətiləşdiyi kimi ABŞ prezidentləri regiondakı əsas xarici siyasət prioritetləri arasında  İsrailin təhlükəsizliyini də sayırlar. Bu səbəbdən ABŞ-ın İsrailin arxasında İrana müdaxiləsi istisnadır.
2. ABŞ-ın birbaşa müdaxiləsi; İraq savaşına bənzər  universal işğalla bitəcək bir savaşı İranda qısa müddətdə gözləmək qeyri ciddilik olar. Bunun yerinə Körfəzdən, Hind Okeanından, Aralıq Dənizindən hava hücumu və məhdud əsgəri müdaxilə üstün ehtimaldır.
3. İranın qonşu ölkələrlə savaşması; ABŞ nə zaman bir düşmənlə qarşılaşsa, o düşmənin düşməni ortaya çıxar və savaş fərqli şəkil alar. 1979 İran İnqilabından sonra ABŞ-ın ən böyük ehtiyacı İranı zəiflədəcək savaş idi. İraq bu vəzifəni öz üzərinə götürdü. Ancaq bugünkü tabloda İranla müharibəyə girəcəyi qonşuları arasında İraq, Türkmənistan, Hindistan və Ermənistan çeşidli səbəblərdən İranla savaşacaq vəziyyətdə deyillər. Mövcud tabloda ən uyğun namizəd Türkiyədir. İran – İraq müharibəsi bənzəri savaşı kimsə ehtimal etməsə də, Türkiyə və İranı daha fərqli formatlarda qarşı-qarşı gətirmək mümkündür. İranın Azərbaycanla olan problemləri (İranın Azərbaycanın hava sahəsinə müdaxiləsi zamanı Türkiyənin həssaslığını (əlbəttə ABŞ-ın xeyir-duası ilə) hamı xatırlayır.), İranın silahlanması, İranın radikal islamçılığı, kürd problemi və indi "ola bilməz" kimi görünən hansısa səbəbdən yarana biləcək "Hizbullah" faktı, iki ölkəni qarşı-qaşıya gətirəcək potensiala sahibdir. İrandakı mövcud rejim də bu qarşıdurmanı asanlaşdıra bilər. NATO üzvü Türkiyə ilə bütün dünyanın şübhə ilə baxdığı İranın mübarizəsində İranı hər mənada zəiflədəcək çox sayda üsul və səbəb ortaya çıxa bilər.

İRANIN “ANTİ – İRAN SİYASƏTİ”
            Əhmədinecatın prezident seçilməsinə, bəlkə də ən çox sevinən ABŞ olmuşdur. Əhmədinecat ikinci Xumeyni olmaq arzusuyla elə emosional açıqlamalar verməkdədir ki, İranı ictimai rəydə ABŞ-ın istədiyi müstəviyə çəkmək heç də çətin olmayacaq. Əhmədinecatın nüvə proqramında israr etməsi, ABŞ və İsraili təhdid etməsi dünya tərəfindən bəlkə də,anlayışla qarşılanardı, onsuzda İran bu tip bəyanatları illərdir verir. Ancaq HOLOKOSTUN (Yəhudi Soyqırımı) olmadığını söyləmək, topu Almaniya və Avstriya kimi Avropa ölkələrinə atmaq bardağı daşıran son damlalar oldu. Ən çox ehtiyac duyduğu zaman İran Avropanı itirdi. İsrailin Avropaya köçürülməsi fantaziyalarını bütün dünya ilə bölüşmək kimi gicbəsərliyin ardından Rusiya və Çindən də BMT TŞ xəbərdarlığını dəstəkləmək qərarları gəldi. İranın bu xətası əsl “anti – İran ” töhfəsi oldu. Tehran Avropa ilə ABŞ-ın bircə olduğu heç bir məsələdə Rusiya və Çinin onlara qarşı çıxmayacağını anlaya bilmədi. Çünki həm Rusiya, həm də Çin iqtisadi baxımdan Qərb sərmayəsinə həyati mənada bağlıdırlar. İranın ikinci xətası isə Almaniyada Angela Merkelin iqtidara gəlməsini nəzərə almamasıdır. Bir çox məsələlərdə Buşla eyni mövqeni bölüşən Merkel İranın Avropaya aid bəyanlarına ən az Buş qədər sərt cavablar verir. Merkelə görə İran Avropaya təhdiddir və təhdidlə necə mübarizə aparılacağına Avropa ABŞ-la bircə qərar verəcəkdir. ABŞ-a yaxınlaşan Almaniyanın Rusiya və Çin üzərində də təsirli olacağı şübhəsizdir. Hansı ki, Merkel son olaraq Putini İrana təzyiq etmək üçün Avropa və ABŞ-la bir olmağa çağırıb. ABŞ-a yaxınlaşan Almaniyadan sonra Fransanın İran məsələsində təkbaşına böyük güclərə Avropada “müxalifətçilik” etməsi isə çətin məsələdir. Onsuzda Əhmədinecatlı İranı müdafiə etmək heç bir ölkə üçün asan olmayacaqdır. Demək mümkündür ki, İrana ən böyük təhdid, əvvəllər passiv təhdid olan rejim və nüvə məsələsini də aktivləşdirən “Əhmədinecat, nüvə və rejim”dir.

ELMAN  FƏTTAH

SONRAKI YAZILAR:

1.      İRAN NÜVƏ PROGRAMRAMINI dƏYƏRlƏndirmƏ HESABATI
2.      Iranin 18 illik gizli fəaliyyəti
3.      iranın nüvə proqramı tarixi
4.      nüvə silahına sahib ölkələrin təsnifatı
5.      bəzi ölkələrin iranla bağlı böhran zamanı mövqelərini müəyyənləşdirəcək faktorlar
6.      müharibə başlarsa.




GÜNDƏM

K   O   R   E   Y   A

Ş ə r h s i z . . . . .

Cənub
Şimal



tesnifat
Şimal
Cənub
ƏHALİ
24.000000
49.000000
Hakimiyyət dəyişikliyi
3 dəfə (atadan oğula)
38 dəfə
 (gədə-güdəyə)
Siyasi partiyalar

1
(bütün ölkədə)
8
 (parlamentdə)
ÜDM
22 mld $
1.540 mld $



Illik büdcə (2011)
5,7 mld $
267 mld $
Müddətli hərbi xidmət
8 il
1,10 il
işsizlik
40%
3%
Adambaşına düşən bir günlük gəlir (düyü kq)
0,6 kq
48 kq
Ali məktəblərin sayı
22
137
Həbsxanadakı məhbuslar
150-200 min nəfər
(7-9%)
49 min nəfər
(0,1%)
Silahli qüvvələr
1,190 mln nəfər
653 min nəfər
Uzun ömürlülük
60 yaş
81 yaş
Metro st.
17
314
Avtomobil ist (illik)
4000
3,510 mln.
Ixracat
3,4 mld $
364 mld $



Mənbə: “vokruq sveta” aprel nömrəsi